"Güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır" - RƏYLƏR

"Güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır" - RƏYLƏR"Prezident İlham Əliyevin güc strukturları ilə bağlı kadr dəyişiklikləri çox uğurlu, vaxtında atılan addımdır. Bu, ölkədə keçirilən islahatların davamıdır".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

O bildirib ki, dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə islahatlar həyata keçirilir: "Dünya, Azərbaycan cəmiyyəti inkişaf edir, islahatlara ciddi ehtiyac duyulur. Buraya kadr islahatları da daxildir. Prezidentin bir neçə gün öncə təyin etdiyi kadrlar çox uğurludurlar. O insanların hər biri – Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev, Əli Nağıyev Azərbaycan cəmiyyətində kifayət qədər nüfuza malik şəxslərdirlər. Bu insanlar fəaliyyətlərində ləyaqətlə ad qazanıblar, uğurlu kadr kimi tanınıblar".

Deputat Elman Məmmədov

"Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev, Əli Nağıyev Azərbaycan cəmiyyətində kifayət qədər nüfuza malik şəxslərdirlər. Bu insanlar fəaliyyətlərində ləyaqətlə ad qazanıblar, uğurlu kadr kimi tanınıblar".

Deputat islahatların həyata keçirilməsinin vacibliyini vurğulayıb: "Hesab edirəm ki, belə addımların atılması vacib idi, ona görə də düşünürəm ki, bu cür işlər davamlı həyata keçirilməlidir. Bunlar dövlətçiliyə töhfə verən işlərdir".

Ekspert-kriminalist Mahmud Hacıyev "Report"a açıqlamasında kadr islahatlarını müsbət qiymətləndirdiyini qeyd edib.

Onun sözlərinə, Vilayət Eyvazovun Daxili İşlər naziri, Əli Nağıyevin isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunması müsbət haldır: "Bu insanlar işi bilirlər, həmin sahənin insanlarıdır. Bu vəzifələrə digər sahələrdən təyinatlar olsaydı, fəsadları ola bilərdi, başqa sahənin adamı uyğunlaşana, iş üslübuna adaptasiya olunana qədər müəyyən fəsadlar üzə çıxır. Xatırlayırsınızsa, bir müddət əvvəl bir qrup polis əməkdaşı Milli Təhlükəsizlik Nazirliyinə getdi, həmin şəxslər polis sistemində də yaxşı işçi hesab olunmurdular. Gördünüz, hansı fəsadları üzə çıxdı...Ona görə də düşünürəm ki, bu kadr dəyişikliyi yerində atılan addımdır".

Ekspert-kriminalist Mahmud Hacıyev

"Bu insanlar işi bilirlər, həmin sahənin insanlarıdır".

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 20-də kadr dəyişiklikləri ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Belə ki, Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Daxili İşlər naziri vəzifəsinə isə Vilayət Eyvazov təyin edilib. Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad olunaraq Müdafiə Sənayesi naziri vəzifəsinə təyin edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə isə Əli Nağıyev təyin olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1423   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

Ağır qəzaya düşən Aytən Səfərovanın son VƏZİYYƏTİ

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir. Bu barədə -a TƏBİB-dən bildirilib. Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabi

18 aprel
.

Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar: Onlarla birlikdə şəhid də gəldi - VİDEO

4 keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb durduqları, ağlayıb güldükləri doğma məktəbə gediblər. Hər gün avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən xatirələrini yada salıblar. Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir. Həmin məktəbi

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel