Azərbaycanda qısa ətək qalmaqalı: "Avropa standartı", yoxsa seksizm?

Azərbaycanda qısa ətək qalmaqalı: "Avropa standartı", yoxsa seksizm?Azərbaycanda bir neçə gündür ki, avtoservis şirkətinin uniforması müzakirə olunur. Sözügedən uniforma don, qısa ətək və hündürdaban ayaqqabı və köynəkdən ibarətdir.

Adının çəkilməsini istəməyən gənc xanım iş tapmaq üçün tərcümeyi-halını işəgötürmə saytlarından birində yerləşdirib. Bundan sonra onu işə dəvət ediblər.

"Mayson Car Club" şirkəti xanıma avtomobil servisində administrator vəzifəsi təklif edib və işin şərtləri barədə elektron məktub göndərib.

Məktubda işin məlumatları qeyd olunmaqla yanaşı iş zamanı geyiləcək uniformanın modelləri də qeyd olunub.

Şəkillərdə uzunluğa görə artan altı ədəd ətək və dabanının hündürlüyünə görə sıralanan dikdaban ayaqqabı modelləri qeyd olunub. Bu modellərdən yalnız iki ən qısa ətək modeli və iki dabanı ən hündür ayaqqabının geyinilməsinə icazə verildiyi vurğulanıb.

Sosial media istifadəçilərindən bəziləri bunu işəgötürmədə seksist yanaşma - cinsi ayrı seçkilik hesab etsə də, bəziləri bunun "şirkətin adi geyim qaydaları" olduğunu deyir.

"Şirkət Avropa standartlarına uyğun işləyir"

"Mayson Car Club" şirkətinin rəhbərliyi BBC News Azərbaycancaya deyib ki, "şirkət Avropa standartlarına uyğun işləyir və iş geyimləri də konseptə uyğun seçilir".

"Şirkət Avropa standartları ilə işləyir, iş yerində bütün təhlükəsizlik tədbirləri görülüb, kameralar quraşdırılıb. Qadın müştəriləri nəzərə alaraq administrator vəzifəsinə qadın işçi elanı vermişik", - rəhbərlik söyləyib.

Şirkət nümayəndəsi deyir ki, "dövlət tərəfindən qadağa qoyulmayıbsa, bu cür işləyə bilərik".

"Necə ki, prezident deyib ki, gəlin Azərbaycanı bir yerdə irəli çəkək, biz də çalışırıq irəli çəkək", - şirkət rəsmisi deyib.

"Qadının bədəninin obyektivləşdirilməsidir"

Gender məsələləri üzrə mütəxəssis Nisə Hacıyeva deyir ki, şirkətin geyim qaydaları ətəyin uzunluğuna yox, geyimin tərzinə və ya rənginə aid olmalı idi.

O söyləyib ki, "ətəyin qısalığını qadının bədəninin obyektivləşdirilməsi" hesab edir.

"Bu, qadının bədəninin əşyalaşdırılmasıdır ki, yəni, qadın mütləq ayaqlarını göstərməlidir ki, başqalarına xoş gəlsin. Bunu "dress code" kimi qəbul etmək düzgün deyil".

Nisə Hacıyeva deyir ki, Azərbaycanda qadınlara qarşı diskriminasiya mövcuddur və bu, təkcə "ətəklə məhdudlaşmır".

"Bu işə niyə məhz qadın işçi tələb edilir? Bu işi görmək üçün niyə məhz qısa ətək geyinməlidir? Qadınların işə qəbulunda işin vəzifə öhdəliklərində gender rol oynamasa da fərq qoymaq, qadının məsələn, ailə həyatı barədə öyrənmək və s. bunlar diskriminasiyadır. "

"Mayson Car Club" şirkətinin administrator vəzifəsində işləyən işçidən tələb etdiyi geyim normaları

"Problemi şirkətdə yox, qanunvericilikdə axtarmaq lazımdır"
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov sözügedən məsələnin "dramatikləşdirildiyini" düşünür.

"Dünya praktikasında həm dövlət orqanlarında, həm kommersiya qurumlarında dress kod deyilən geyimə dair tələblər müəyyən olunur. Azərbaycan qanunvericiliyi isə bunu tənzimləmir. Bu, qanunla tənzimlənmirsə, burada problemi geyim tələblərini müəyyən edən şirkətdə yox, bizim qanunvericilikdə axtarmaq lazımdır".

Cənab Məmmədov söyləyir ki, qanunvericilikdə iş yerində geyimə qarşı ümumi tələblər qeyd olunsaydı, o zaman bu şirkət qanunu pozmuş olardı.

O hesab edir ki, geyim haqda ümumi qaydalar yaradılmalı və orada "Azərbaycanın milli xüsusiyyətləri və adət-ənənələri də nəzərə alınmalıdır".

"Qadınlara kişilərdən daha çox qadağa və tələblər qoyulur"

Feminist fəal Fidan Nəzərin fikrincə, "tələblərdən yola çıxaraq ancaq qadının iş yerində "seksual obyekt" kimi qiymətləndirilməsini görürük".

"Bu haqda qanunvericilikdə xüsusi maddə yoxdur. Tamamilə din və mentalitetin cəmiyyət və dövlət tərəfindən Azərbaycanda qadını XXI yüzillikdə hansı səviyyəyə endirdiyi ilə bağlıdır. Bizim marketinq səviyyəmiz bədən, əxlaq və gözəllik tabularına sıxışdırılıb".

Onun sözlərinə görə, Azərbaycanda iş yerlərində qadınlara geyim qaydaları barədə kişilərdən daha çox qadağa və tələblər qoyulur.

"Qadınların ətəyinin uzunluğuna, ayaqqabının dikdabanına, makiyaja, saç stilinə qarışırlar. Hələ pirsinq və döymə problemlərini açmıram. Bir kişinin ofis qaydaları daxilində səliqəli görünməsi ilə eyni tələbin qadının üstündəki təzahürü eyni deyil.

Məsələn, ötən günlərdə Türkiyədə bir vəkilin sözünü kəsib onun ətək ölçüsünə "dizindən 15 sm yuxarıdadır" kimi absurd tənqid yağdıran mühafizəkar hakim işindən məhrum edildi. Azca da olsa ədalətin olduğu yerlərdə belə məsələləri məhkəmə həll edir".

"Mayson Car Club" şirkətindən deyilib ki, "həkim, müəllim, kosmonavt və digər peşələrin sahiblərinə xüsusi uniforma tələblərinə dünyanın hər yerində rast gəlinir və bu, normal haldır".

"Adatən "dress code" tələblərini satış, marketinq və ya iş rejiminin meyərları formalaşdırır. Biz "qısa" və "hündür" kimi terminləri adətən işlətmirik. Həmçinin heç bir ölçü vahidləri göstərilməyib. Subyektiv yanaşmada sizin üçün qısa olan digər insan üçün uzun ola bilər", - şirkətdən bildirilib.

Şirkətin məlumatında deyilir ki, "uniformaların işçilərə rahat, komfortlu və zövqlərinə uyğun" olmasına çalışılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1692   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar

28 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart