DİQQƏT! İsti havalarda HALSIZ OLANLAR, buna əməl edin

DİQQƏT! İsti havalarda HALSIZ OLANLAR, buna əməl edinSoyuq aylardan sonra isti havalar insana enerji versə də, bunu hər kəsə aid etmək olmur.

Belə ki, yay mövsümündə bəzi insanlarda halsızlıq, yorğunluq, yuxuya meyl, diqqət əskikliyi, oynaq ağrıları kimi problemlər yaranır.

Yay mövsümündə yaşanan yorğunluğu necə aradan qaldırmaq olar?

Milli.Az bildirir ki, Psixoloq Rübabə Mərdanova Redaktor.az-a açıqlamasında deyib ki, bu mövsümdə xüsusən gərgin çalışan, stressi yüksək olan və depressiyaya meyilli insanlarda yorğunluq müşahidə olunur:

"Havanın insanın əhvalına, psixoloji durumuna təsiri danılmazdır. Buludlu hava əksər insanı kədərləndirsə də, günəşli hava neqativ duyğuları, yorğunluğu azaldır. Lakin davamlı günəş enerjisinə məruz qalmaq, temperaturun normadan artıq yüksəlməsi insanların aqressivləşməsinə səbəb ola bilir. Yəni, isti hava şəraitini yaşayan, sərinləmək imkanı olmayan hər kəsin əhvalındakı dəyişiklik neqativə yönəlir. Aparılan araşdırmalara görə, isti havalarda cinayətlərin sayı artır. Temperatur 2 dəfə yüksəlirsə, cinayətlərin sayı 50 min dəfə artır. Psixoloq Vilyam Qriffit yataqxanada tələbələr arasında belə bir təcrübə aparıb. Bir otaqda kondisioner işləyir, əla şərait var. Digər otaqda isə isti, şəraitsizlik və susuzluq olub. İsti otaqdakı tələbələrin bir-birinə və ətrafdakı insanlara aqressiv münasibəti nəticəsində həftə ərzində qeyri-ciddi səbəblər üzündən 57 insident baş verib. Digər otaqda isə həmin müddətdə cəmi 3 belə hal baş verib ki, bunların da əsaslı səbəbi olub. Bu onu göstərir ki, isti insanın sinir sistemini ən çox qıcıqlandıran xarici faktordur.

6 aydan çox çəkən yorğunluğun yay mövsümü ilə əlaqəsi yoxdur
Yay mövsümündə insanın yorğunluğu, halsızlığı özünü daha çox göstərir. Ümumiyyətlə, hər mövsüm dəyişdikdə insan bədəni yeni bio-psixo-sosial bir ritmə adaptasiya olmağa çalışır. Bəzi insanlarda bioloji saat metereoloji dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir. Bu zaman müxtəlif bioloji problemlər də mümkündür. Bu baxımdan bəzi sahələrdə çalışan insanların yay mövsümündə işlərinə ara verməsi zəruridir. Lakin qan azlığı, xroniki yorğunluq sindromu, sinir sistemində müəyyən problemlər də yorğunluq və halsızlığa səbəb ola bilər. İnsan özündə 6 aydan çox yorğunluq hiss edirsə, bu, xroniki yorğunluq sindromuna aiddir. Yəni, yay aylarında yaşanan yorğunluq sayılmır. Xroniki yorğunluq daha çox qadınlarda, 30-50 yaşarası insanlarda özünü göstərir. Xroniki yorğunluğa qısamüddətli yaddaşın pozulması, oynaq və əzələ ağrıları, özünü daim yuxulu hiss etmək, baş və boğaz ağrısı kimi əlamətlər daxildir. Bu zaman həmçinin müəyyən psixoloji problemlər stress, depressiya və aqressiya da özünü göstərir.

Yay aylarında dincəlməyə və yaşıllıqda gəzməyə üstünlük verilməlidir

Yorğunluq hissinin meydana gəlməməsi üçün ruhi depressiv hallardan uzaq olmaq lazımdır. Sağlam qidalanmaya əhəmiyyət verilməlidir. Sağlam qidalanmaq üçün əvvəlcə gündəlik mütləq 2-2,5 litr, yəni 10-12 stəkan su içmək lazımdır. Əsas yemək zamanı salatlar, ara yeməklərdə isə meyvə yeyilməsi məsləhətlidir. Həftədə ən azı 3 gün 30-45 dəqiqəlik templi yürüşə mütləq yer ayırmaq lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1117   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021