Vəziyyəti ağırlaşan Xalq artisti əməliyyat olunmayacaq

Vəziyyəti ağırlaşan Xalq artisti əməliyyat olunmayacaq"Atamın səhhəti ilə bağlı hər şey qaydasındadır. Hazırda təzyiqi də normallaşıb. Yalnız şəkər müəyyən qədər atama əziyyət verir. Adətən son günlərdə şəkəri 280-300 arasında dəyişir".

Sonxeber.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Canəli Əkbərovun oğlu Samir Əkbərov deyib. O, bildirib ki, həkimlərin məsləhəti ilə Canəli Əkbərov bir neçə gündən sonra evə buraxılacaq: "Həkimlər əməliyyatı məsləhət görmədilər. Bu səbəbdən də atam davamlı olaraq müalicə alır. Həkimlər atama bir həftə də xəstəxanada yatmağı məsləhət görüblər. Bir həftədən sonra o evə buraxılacaq".

Xatırladaq ki, Xalq artisti artıq bir həftədir ki, Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Həkimlər isə ona ürək insultu diaqnozu qoyublar.

Mədəniyyət   Baxılıb: 1320   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR