İsti havalarda orqanizmin suya tələbat norması - Kimə çox su içmək olmaz?

İsti havalarda orqanizmin suya tələbat norması - Kimə çox su içmək olmaz?Hansı həkimə gediriksə, mütləq bol maye, adi su içməyimizi tövsiyyə edir. Su içməyin faydaları haqqında o qədər miflər gəzir ki, adam lap günə bir vedrə su tükətmək istəyir. Amma elə adam var ki, su içə bilmir ki, bilmir.

Sonxeber.az bildirir ki, artıq içiləndə dərd verir su da... deyimini nəzərə alıb medicina.az xüsusən yayda aktual olan su içmək və orqanizmin nə qədər su tələb etməsi barədə mifləri araşdırıb. Necə bilmək olar ki, kifayət qədər su içirik?

Sutkalıq maye norması

Dietoloqlar gündə 8 stəkan su içməyə qarşıdır. Təbii ki, söhbət peşəkar dietoloqlardan gedir. Çünki son zamanlar çoxu ümumi məsləhət naminə elə hamıya 8 stəkan suyun faydalarını sayır. Əslində isə sutkalıq su miqdarı norması hər insana görə dəyişir və fərdidir.

Tibbi baxımdan bədən çəkisinin hər kiloqramına görə təxminən 40-60 ml su hesablanır. Yəni əgər 60 kq çəkiniz varsa, maksimum 2 litr su içə bilərsiz. 80 kq-dan yuxarı insanlar üçünsə 2,5-3 litrdir. Bundan çox içmək mümkün deyil, həm də səy və inad tələb edir. Nəzərə alın ki, gündəlik normanı 1-2 saatın içində bitirmək olmaz. Tutaq ki, oxuduz ki, sizə 2 litr su lazımdır. 1 litrini içib, birini də bir saatdan sonra içmək təhlükəlidir. Məsələn fakt var ki, 3 amerikalı əsgər bir neçə saatın içində 20 litr su içdiklərinə görə ölmüşdülər. Yəqin ki, onlar mərcə gəlmişdilər.

Yayda norma artır, amma yenə də məcbur deyil

Isti havalarda tər ilə bədəndən maye itkisi çox olduğundan, insan daha çox su tükətməlidir. Amma minimum normanın bir qədər üstündə. Məsələn 50-55 kq-lıq insan sutkada 3 litr, 80 kq-lıq isə 5 litr. Isti havalarda daha çox fiziki aktivlik göstərən insanlar bu həddi aşa bilər. fəhlə çalışanlar, idmanla məşğyl olanlar, açıq havada çox olanlar - normanın yuxarı həddində su qəbul edə bilər. Unutmayın ki, təhlükəsiz norma günə 2,5-3 litrdir.

Qidadan su

Maye qəbulu o demək deyil ki, elə stəkanla su içməlisiz. Gündəlik normanın 70-80%ni sudan alıb, qalanını ərzaq, qida ilə təmin edə bilərsiz.
Bu həm də təbiətin qanunudur. Su ilə zəngin qidalar: qarpız, brokkoli, sitrus, süd, yoqurt, almadır. Həmçinin soyuq şorbalar.

Hansı hallarda maksimum su içmək lazımdır?

İsti havada iş görərkən, qaçış zamanı, həmçinin müəyyən xəstəliklərdə: bağırsaq pozulmaları, diareya, qızdırma, qrip, çox tərləmə, əsəb və stress zamanı maye qəbulu artmalıdır.

Kimlərə çox su içmək zərərlidir?

Ürək, böyrək, qaraciyər çatışmazlığı və qalxanabənzər vəzin ağır disgunksiyası olan, antidepressant qəbul edən insanlar normanın minimum həddində su içməlidir

Necə bilmək olar ki, kifayət qədər su almışam?

Əgər boğazınız, dodaqlarınız quruyursa, ağız küncləri çatlayırsa, dəriniz qurudursa, sidiyiniz şəffaf deyilsə, deməli siz az su içirsiz. Hər insan özü orqanizminin səsini dinləməlidir.

Ürəyiniz bulanana kimi su içməyin. Amma heç olmasa gündə 1-2 litr təmiz su tükədin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1804   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021