Seçkilər ləğv olunsa... - ABŞ-dan "Əsrin şapalağı"

Seçkilər ləğv olunsa... - ABŞ-dan "Əsrin şapalağı"Donald Tramp Administrasiyası tərəfindən hazırlanan və İsraillə Fələstini barışdırmaq missiyası daşıyan "Əsrin razılaşması" sentyabrdan öncə açıqlana bilər.

Bu barədə "The Times of Israel" informasiya yayıb.

Məlumata görə, İsraildə sentyabr ayında keçirilməsi nəzərdə tutulan növbədənkənar baş nazir seçkiləri təxirə salınsa, ABŞ prezidenti Donald Tramp "Əsrin razılaşması"nı açıqlayacaq.

"Biz proseslər baş verdikcə komanda şəklində dəyərləndirmələr edib prezidentə tövsiyələrimizi təqdim edirik. Bu məsələdə nə edəcəyi isə onun qərarıdır. İsrail bir tənzimləmə edərsə, biz də ortaya çıxan nəticələrin işığında tənzimləmə aparacağıq", – ABŞ prezidentinin kürəkəni və baş məsləhətçisi Cerard Kuşner Bəhreynin paytaxtı Manamada təşkil edilən "Rifah üçün sülh" başlıqlı iqtisadi forumda deyib.

Donald Trampın İsrail-Fələstin arasındakı münaqişəyə həll yolu tapmaq məqsədilə hazırladığı "Əsrin razılaşması" planının detalları dəqiqləşməsə də, beynəlxalq mətbuatda planın detalları ilə bağlı bəzi məlumatlar var. Bu məlumatlara əsasən, Qüds şəhəri bütünlüklə İsrailə veriləcək, Qərbi Şəriədəki qanundankənar yəhudi məskənləri olduğu kimi qalacaq. Lakin planda İsrailin təzyiqi illə qaçqın düşən 6 milyon fələstinlinin taleyinə aydınlıq gətirilməyib.

Fələstin prezidenti Mahmud Abbas "Əsrin razılaşması"nı "Əsrin şapalağı" adlandırır. Çünki razılaşmada Fələstin və onun xalqının lehinə bir maddə belə yer almayıb.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərlik ütdiyi "Likud" partiyasından dünən verilən sürpriz açıqlamada İsrail parlamentinin sədri Yuli-Yoel Edelsteinin tövsiyəsi ilə baş nazir seçkilərinin təxirə salınması məsələsinin müzakirə edildiyi bildirilib.

publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1655   Tarix: 27 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021