Azərbaycanın bu rayonunda 50-yə yaxın vəzifəli şəxs istefa verib? (AÇIQLAMA/SİYAHI)
Göyçayda 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı icra başçısına ərizə ilə müraciət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Siyahıda adı keçən şəxslər bir neçə kəndin icra nümayəndəsi, icra nümayəndəsinin müavinləri və mühasiblərdir. Yayılan ərizələrdə həmin şəxslərin səhhətində problemin olması ilə bağlı işdən çıxmaq istədiyi vurğulanır.
"Qafqazinfo" məsələyə Göyçay rayon icra hakimiyyətinin informasiya sektorunun müdiri Nicat Musayevdən münasibət öyrənib. O bildirib ki, yayılan məlumatın əsası yoxdur: "Biz siyahı ilə tanış olmuşuq. Həmin şəxslərlə də əlaqə saxlamışıq. Deyirlər ki, elə bir ərizə yazmayıblar. Həmin xətt də onlara mənsub deyil. Bunu yayanlar rayonun sosial-iqtisadi inkişafını gözü götürməyən şəxslərdir. İcra hakimiyyətində bununla bağlı hələ ki araşdırma başladılmayıb".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 2546 Tarix: 01 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycan XİN Yunanıstanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill
25 martGürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas
16 martƏrdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v
22 mart