Zakir Həsənov Belarusa gedir

Zakir Həsənov Belarusa gedirAzərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan təntənəli tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək.

Siyasət   Baxılıb: 1598   Tarix: 01 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR