İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladıPrezident İlham Əliyev sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ilə əlaqəli şəkildə həyata keçirilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – KOB subyektləri) dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanılan kredit, texniki yardım və ya qrant alınmasına dair sazişlərə əsasən (bundan sonra - sazişlər) həyata keçirilən proqramlara (layihələrə) Agentliyin cəlb olunmasını təmin etsin, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər sazişlər üzrə həyata keçirilən proqramlarda (layihələrdə) KOB subyektlərinə dəstəyin istiqamətləri, məqsəd və məzmunu, gözlənilən nəticələr, belə dəstəklə əhatə olunan KOB subyektlərinin sayı barədə məlumatların sazişlərlə bağlı danışıqlara başlanılmasına dair təkliflərə əlavə olunmasını təmin edəcəklər; sazişlər üzrə həyata keçirilən proqramlara (layihələrə) cəlb edilən KOB subyektlərinin seçilməsini "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestr vasitəsilə həyata keçirəcəklər; KOB subyektlərinin adları ayrı-ayrılıqda qeyd edilməklə, KOB subyektlərinə ünvanlanmış dəstək tədbirləri haqqında məlumatların Agentliyə təqdim olunmasını təmin edəcəklər; sazişlərin əhatə etdiyi proqramlar (layihələr) üzrə KOB subyektləri üçün həyata keçirilmiş dəstək tədbirləri haqqında aşağıda qeyd edilən məlumatların ildə bir dəfədən az olmayaraq, proqram (layihə) tam başa çatdıqdan sonra isə yekun məlumatların Agentliyə təqdim olunmasını təmin edəcəklər:

KOB subyektinin dəstək aldığı proqramın (layihənin) məqsədi, istiqaməti və məzmunu;

- müvafiq proqram (layihə) vasitəsilə dəstək almış KOB subyektinin adı;

- KOB subyektinə göstərilmiş dəstəyin növü, forması və ölçüsü;

- KOB subyektinə dəstək göstərmiş təşkilatın adı;

- KOB subyektinə dəstəyin göstərilmə müddəti və tarixi;

- dəstəyin göstərilməsi, yaxud dayandırılması haqqında qərarın tarixi;

- dəstəkləmə qaydasının və şərtlərinin pozulması, o cümlədən məqsədli təyinatını pozmaqla dəstəkdən istifadə edilməsi haqqında məlumat (olduğu halda);

- dəstək proqramının (layihənin) KOB subyektinin sahibkarlıq fəaliyyətinə təsiri.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Ədliyyə Nazirliyinin məlumatları əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri KOB subyektlərinin dəstəklənməsi proqramları (layihələri) üzrə qeydə alınan texniki yardım və qrant müqavilələri (qərarları) barədə məlumatların Agentlik vasitəsilə ümumiləşdirilməsini təmin etsin.

Agentlik xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) reallaşdırılması nəticəsində dəstək almış KOB subyektlərinə dair məlumatların "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestrə daxil edilməsini təşkil edəcək; təqdim edilmiş məlumatlar əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) KOB subyektlərinin inkişafına təsiri səviyyəsini öyrənərək, növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflər hazırlanmasını təmin edəcək; bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3560   Tarix: 02 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel