Boşandığı arvadına zəng edəndə kişi səsi eşitdi, bıçaqladı - Məhkəmə sona çatır

Boşandığı arvadına zəng edəndə kişi səsi eşitdi, bıçaqladı - Məhkəmə sona çatırBakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən hadisə baş verən ərazinin sahə inspektoru Zaur Qasımov bildirib ki, hadisədən əvvəl də zərərçəkmiş Aynur Rzayeva keçmiş həyat yoldaşı ilə aralarındakı problemə görə ona müraciət edib.

Buna görə də protokol tərtib edilib, Zaur Rzayevə xəbərdarlıq olunub.

Sahə inspektoru deyib ki, hadisə günü Zaur Rzayev ona zəng edərək keçmiş yoldaşını bıçaqladığını söyləyib.

Təqsirləndirilən Zaur Rzayev də deyilənləri təsdiqləyib. O bildirib ki, hadisədən sonra polisə təslim olub.

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 8-də davam edəcək.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib.

1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızına 12 bıçaq zərbəsi vurub.

O istintaqa bildirib ki, boşandığı arvadı ilə telefonla danışarkən kişi səsi eşidib.

Bundan əsəbiləşən Z.Rzayev arvadının işlədiyi salona gələrək, ona 12 bıçaq zərbəsi vurub. Qadın çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1682   Tarix: 03 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi - Həbs edildi

Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib

26 fevral
.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart
.

21 il əvvəl qadının ərini öldürərək quyuya atmasının TƏFƏRRÜATI

Naxçıvanın Kəngərli rayon Qarabağlar kəndində 21 il əvvəl törədilmiş qətlin bəzi təfərrüatı məlum olub. APA-ya istinadən xəbər verri ki, hadisə zamanı qətlə yetirilən Məhəmməd Kərimov spirtli içki aludəçisi olub. O, spirtli içki qəbul edərək arvadı və uşaqlarını döyürmüş. Hadisə günü də Məhəmməd Kərimo

1 mart
.

Ağdamda atası tərəfindən öldürüldüyü deyilən qızla bağlı YENİ TƏFƏRRÜATLAR - VİDEO

4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb. Xəzər TV-yə istinadən bildirir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası onu qətlə yetirdiyini və həyətdə basdırdığını bildirib. Axtarış rayonun Ağdam rayonud

23 fevral
.

Bakıda dəhşətli cinayətin TƏFƏRRÜATI - 14 yaşlı qızı zorlayıb, qətlə yetirdi - VİDEO

2023-cü il fevralın 22-nə keçən gecə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 1

24 fevral
.

Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

Tovuzda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir

7 mart
.

4 il əvvəl atası tərəfindən öldürülən qızın FOTOsu

Xəbər verdiyimiz kimi, Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən öldürülərək həyatyanı sahədə basdırıldığı ehtimal olunur. Trend xəbər verir ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı

22 fevral
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədə

2 mart