Azərbaycanda sevgilisini girov götürüb zorlayan şəxsə yenidən iş açıldı – İYRƏNC TƏFƏRRÜAT

Azərbaycanda sevgilisini girov götürüb zorlayan şəxsə yenidən iş açıldı – İYRƏNC TƏFƏRRÜATBakıda sevgilisinin başqa şəxslərlə intim münasibətini öyrəndikdən sonra qadına qarşı cinayət törədən 1991-ci il təvəllüdlü Leysan Səmədliyə yeni cinayət işi açılıb.

Sonxeber.az-ın məlumatına görə, Leysan Səmədli bu dəfə Cinayət Məcəlləsinin 317-2.1- ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Leysan Səmədli 3 iyul 2013-cü il tarixdə intim münasibətdə olduğu tanışı Əsmər Verdiyevanın N.Baxışzadə ilə də görüşdüyünü öyrənib.
Leysan Səmədli Əsmər Verdiyevanı Baxışzadə ilə üzləşdirmək və bu hərəkətinə görə qisas almaq üçün dostu Səbuhi Əsədovla razılığa gəlib.

Onlar Əsmər Verdiyevanı oğurlayaraq, əzab vermək, seksual xarakterli zorakı hərəkətlər etmək və zorlamaq məqsədilə, Ceyhun Həsənovun idarə etdiyi "Kia Cerato" markalı avtomaşınla Səbuhi Əsədov ilə birlikdə Xətai rayonu, NZS qəsəbəsi, Oqtay Vəliyev küçəsi, 39-da yerləşən "Gəncə" marketin yanına gəliblər.

Onlar orada Baxışzadə və onun tanışı R.Əliyevlə görüşüblər. Daha sonra Leysan Səmədli Baxışzadənin onları orada gözləməsini təklif edib.

Bundan sonra Leysan Səmədli həmin avtomobillə Əsmər Verdiyevanın yaşadığı NZS qəsəbəsi, A.Qurban küçəsindəki evinin yaxınlığına gəlib. O, Əsmər Verdiyevanın körpə uşağına doğum haqqında şəhadətnamə alması üçün onun evinə sürücü göndərdiyini deyib.

Bu adla Leysan Səmədli Əsməri aldadaraq evdən çıxarıb. Əsmər Verdiyeva maşına yaxınlaşdıqda Leysan onu zorla avtomaşının arxa oturacağına əyləşdirib, əli ilə ağzını qapayıb, baş nahiyəsinə zərbələr vuraraq döyüb.

Bundan sonra Leysan Səmədli onu "Gəncə" marketin yanına gətirib. Orada gözləyən Səbuhi Əsədov qabaq oturacaqda, Baxışzadə və R. Əliyev isə arxada əyləşib. Avtomobil bir qədər hərəkət etdikdən sonra Baxışzadə və R. Əliyev yolda düşüb.

Sonra avtomobildə Leysan Səmədli Əsmər Verdiyevanı döyməkdə davam edib və Səbuhi Əsədovla birlikdə Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllə, 43 saylı evə gətiriblər. Orada gecə saat 02 radələrindən gündüz saat 16 radələrinədək saxlayıblar.

Leysan Səmədli orada Əsməri kişilərlə görüşdüyünə görə mütəmadi olaraq döyüb. Bu hərəkətləri ilə ona çoxsaylı bədən xəsarətləri yetirib.

Daha sonra o, Əsmərə işgəncə verməkdə davam edib. O, qadının yatmasına imkan verməyib, həmçinin oturub-durmağa və qapını açıb-örtməyə məcbur edib, ağır sözlərlə söyərək onu təhqir edib.

Daha sonra Leysan Səmədli özünün alt tumanını Əsmər Verdiyevanın başına keçirib və onu ələ salıb, həmin hərəkətləri videoyazıya alıb. O, həmin videoyazını yayacağı ilə Əsmər Verdiyevanı hədələyib.

Təxminən saat 7 radələrində o, Əsmər Verdiyevanı təkrar döyərək halsız vəziyyətə salıb. Əsmər Verdiyevanın etirazına və müqavimətinə baxmayaraq, ona qarşı fiziki zor tətbiq edib, yenidən döyməklə hədələyib.

Leysan Səmədli işgəncə verməklə cinsiyyət orqanını Əsmər Verdiyevanın bədəninin müxtəlif nahiyələrinə sürtərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Bundan sonra Leysan Səmədli ona qarşı eyni hərəkətlərlə zor tətbiq etməklə onunla cinsi əlaqədə olub.
Əsmər Verdiyeva iki gün həmin evdə saxlanılıb və ona qarşı davamlı olaraq işgəncə verilib, seksual xarakterli hərəkətlər edilib.

İki gündən sonra azad olunan Əsmər Verdiyeva baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Leysan Səmədli Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə işgəncə vermə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən işgəncə vermə), 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla Seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə, Səbuhi Əsədov və Ceyhun Həsənov isə Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 144.2.3-cü maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leysan Səmədli 10 il, digər təqsirləndirilən şəxslərin isə hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1478   Tarix: 08 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Motosikletlə sərxoş kişinin üstündən keçdi, öldü

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş kişinin üstündən keçib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə ola

5 mart