"Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, ..." - İlham İsmayıl

"Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, ..." - İlham İsmayıl"Müdafiə Sənayesi Nazirliyinə yeni rəhbər təyin edildi və bu çox ciddi əlamətdir. Nəzərə alın ki, Müdafiə Sənayesi Nazirliyinin ölkənin yalnız hərbi sahəsinə deyil, başqa sahələrə də təsir gücü var".

Sonxeber.az xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Moderator.az-a müsahibəsində bildirib.

O, qeyd edib ki, bu ilk növbədə hərbi istehsal sahəsidir, ordunun yeni silahlarla təminatçısıdır, ikincisi emi-tədqiqat mərkəzidir, burda elmi araşdırmalar aparılır, sınaqlar keçirilir. Bu nazirlik ölkə iqtisadiyyatında vacib rol oynayan bir sahədir, yəni silah ticarəti mərkəzidir.

"Sabah həm satacaq, həm də yeni silahlar, avadanlıqlar alacaq, yəni ölkənin beynəlxalq ticarət şəbəkəsinin vacib strukturu rolunu oynayır. Baxın, təhlükəsizlik sektorunun neçə vacib sahəsini bu nazirlik özündə birləşdirir, həm də fəaliyyəti genişləndikcə, bu yeni iş yerləri deməkdir".

İ. İsmayıl Mədət Quliyevin nazir təyin edilməsini çox uğurlu hesab edir: "Açığını deyək ki, bu nazirliyin adı son vaxtlar heç də yaxşı mənada hallanmırdı. Obyektlərində bir-birinin ardınca qəzalar, partlayışlar baş verirdi, bəzən korrupsiyada adı hallanırdı və ümumiyyətlə, rəhbərliyin kompetensiyası çoxlu suallar yaradırdı. Bəlkə də ona görə nazirliyin başqa bir strukturla əvəz edilməsi qərarı verilmişdi.

General Mədət Quliyevin keçdiyi xidməti yola baxanda diqqəti daha çox nə cəlb edir. Mədət Quliyevin karyera pilləsinə baxanda aydın görünür ki, bu şəxs o yerlərə göndərilib ki, həmin strukturlar bərbad vəziyyətdə olub. Yəni bir növ vacib dövlət idarələri pis günə düşəndə o kadr olaraq təcili yardım, reanimator olub.

Son iyirmi ildə Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, orda qayda-qanun yaratmaq zərurət olub. DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi, Narkotiklərlə mübarizə idarəsi, İnterpol, Baş Mühafizə idarəsi, Penitensiar xidmət, nəhayət dağıdılmış MTN. Bu, sadəcə karyera deyil, diqqət etsəniz görərsiniz ki, yarıtmaz idarəçiliyin vurduğu zərbələrin aradan qaldırılması üçün həmişə bu kadra ehtiyac hiss olunub.

MTN kimi iflic edilmiş bir vacib strukturu yenidən həm fiziki, həm mənəvi cəhətdən ayaq üstə qoymaq olduqca çətin vəzifə idi və mən DTX-nın əldə etdiyi uğurlardan az-çox xəbərdar şəxs kimi deyərdim ki, qısa müddətdə buna nail omaq heç də asan məsələ deyildi. Ona görə hesab edirəm ki, təhlükəsizlik sektorunun vacib strukturu olan Müdafiə Sənayesi Nazirliyini ayaq üstə qoymaq üçün DİN general-mayoru, Ədliyyə general leytenantı, nəhayət DTX general-polkovniki rütbələrini almış şəxsə ehtiyac böyük olub". "Yeni Sabah" xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Moderator.az-a müsahibəsində bildirib.

O, qeyd edib ki, bu ilk növbədə hərbi istehsal sahəsidir, ordunun yeni silahlarla təminatçısıdır, ikincisi emi-tədqiqat mərkəzidir, burda elmi araşdırmalar aparılır, sınaqlar keçirilir. Bu nazirlik ölkə iqtisadiyyatında vacib rol oynayan bir sahədir, yəni silah ticarəti mərkəzidir.

"Sabah həm satacaq, həm də yeni silahlar, avadanlıqlar alacaq, yəni ölkənin beynəlxalq ticarət şəbəkəsinin vacib strukturu rolunu oynayır. Baxın, təhlükəsizlik sektorunun neçə vacib sahəsini bu nazirlik özündə birləşdirir, həm də fəaliyyəti genişləndikcə, bu yeni iş yerləri deməkdir".

İ. İsmayıl Mədət Quliyevin nazir təyin edilməsini çox uğurlu hesab edir: "Açığını deyək ki, bu nazirliyin adı son vaxtlar heç də yaxşı mənada hallanmırdı. Obyektlərində bir-birinin ardınca qəzalar, partlayışlar baş verirdi, bəzən korrupsiyada adı hallanırdı və ümumiyyətlə, rəhbərliyin kompetensiyası çoxlu suallar yaradırdı. Bəlkə də ona görə nazirliyin başqa bir strukturla əvəz edilməsi qərarı verilmişdi.

General Mədət Quliyevin keçdiyi xidməti yola baxanda diqqəti daha çox nə cəlb edir. Mədət Quliyevin karyera pilləsinə baxanda aydın görünür ki, bu şəxs o yerlərə göndərilib ki, həmin strukturlar bərbad vəziyyətdə olub. Yəni bir növ vacib dövlət idarələri pis günə düşəndə o kadr olaraq təcili yardım, reanimator olub.

Son iyirmi ildə Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, orda qayda-qanun yaratmaq zərurət olub. DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi, Narkotiklərlə mübarizə idarəsi, İnterpol, Baş Mühafizə idarəsi, Penitensiar xidmət, nəhayət dağıdılmış MTN. Bu, sadəcə karyera deyil, diqqət etsəniz görərsiniz ki, yarıtmaz idarəçiliyin vurduğu zərbələrin aradan qaldırılması üçün həmişə bu kadra ehtiyac hiss olunub.

MTN kimi iflic edilmiş bir vacib strukturu yenidən həm fiziki, həm mənəvi cəhətdən ayaq üstə qoymaq olduqca çətin vəzifə idi və mən DTX-nın əldə etdiyi uğurlardan az-çox xəbərdar şəxs kimi deyərdim ki, qısa müddətdə buna nail omaq heç də asan məsələ deyildi. Ona görə hesab edirəm ki, təhlükəsizlik sektorunun vacib strukturu olan Müdafiə Sənayesi Nazirliyini ayaq üstə qoymaq üçün DİN general-mayoru, Ədliyyə general leytenantı, nəhayət DTX general-polkovniki rütbələrini almış şəxsə ehtiyac böyük olub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1867   Tarix: 08 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel