Həftədə iki dəfə sümük suyu içmək dərini cavanlaşdırır

Həftədə iki dəfə sümük suyu içmək dərini cavanlaşdırırTürkiyəli dietoloq Erdi Abdulla Uğurun sözlərinə görə, bədənin gümrah və sağlam olması üçün sadəcə pəhriz və idman kifayət etmir.

Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, sağlam qidalanma eksperti dərinin elastikliyi üçün həftədə 2 dəfə sümük suyu içməyi tövsiyə edib:

"Sadəcə pəhriz və idman yetmir. Vitamin-mineral çatışmazlığı, zərərli məhsullar, həddindən artıq duz və şəkər istifadəsi sağlam bədənin qarşısına sədd çəkir. Sağlam qalmaq və sağlamlığımızı geri qazanmağın yolu sağlam qidalanmadan keçir. Qablaşdırılmış məhsulların çox böyük bir qismi dərinin düşmənidir.

Yüksək miqdarda şəkər və duz dəri zülallarını əmərək orqanizmin sağlam görünüşünü zədələyir. Şəkər orqanizm zülallarına bağlanaraq dəri quruluşunun pouzulmasına səbəb olarkən, artıq duz ödəmə və toxuma bütövlüyünün pozulmasına yol açır.

Vücudumuzdaki zülalların 90 faizini kollagen təşkil edir. Amma seçim edərkən içərisindəki kollagen miqdarı, kollagen tipi və təsir forması çox əhəmiyyətlidir. Tip 1 və Tip 3 kollagen növü 3-6 ay ərzində dəri toxumasını möhkəmləndirir, dəri elastikliyini bərpa edir. Bununla yanaşı, sümük suyu tərkibindəki prolin qlutamin kimi kollagen quruluşunu təşkil edən amin turşular sayəsində bədəndəki toxumaların, xüsusilə dəri və əzələ toxuması bərpa edərək yenilənməsini təmin edir. Dəriyə daha sağlam, elastik və canlı bir görüntü qazandırır.

Sümük suyu şorbaları rasiona həftədə 1-2 gün daxil edilməli olan yaxşı alternativdir. Yalnız çox uzun müddət bişirilməsi nəticəsində sümüyün tərkibindəki bəzi zərərli molekullar da aşkara çıxa bilər. Odur ki, maksimum 3-4 saat qaynamat yetərli olacaq. Avokado sağlam yağları və güclü antioksidant birləşmələri ehtiva edən müdhiş bir qidadır. Aparılan tədqiqatlar göstərib ki, avokado dərinin yenilənməsinə çox güclü təsir göstərir. Həmçinin yay aylarında günəşin zərərli təsirlərindən qorumaq gücünə malikdir".

Daha sonra mütəxəssis su və yaşıl çayın dəriyə təsirlərini sadalayıb:

"Su bütün bədənimizin 60- 65 faizini təşkil edən super qidadır. Dərimizin daha nəmli, parlaq və canlı olması kifayət miqdarda su qəbulu ilə əlaqəlidir. Bədənin uzun müddət susuz qalması dərinin qurumasına və qırışmasına, həmçinin digər problemlərin şiddətlənməsinə səbəb olur. Dərinin özünü yeniləyə və daha sağlam görünüşə olması üçün kişilər gündə 2.5 litr, sağlam qadınlar isə gündə 2 litr həcmində su qəbul etməlidir.

Yaşıl çay həm bədənin toksinlərdən təmizlənməsi, həm də metabolizmi sürətləndirmək mövzusundakı təsirləri ilə ön plana çıxır. Yaşıl çayın içində olan katexin adı verilən güclü antioksidant maddələr dərini qoruyan və nəm balansını artıran təsirli maddədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2017   Tarix: 09 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

70 hektar soğan əkdi, sata bilməyib pulsuz PAYLADI: 3 min adam tarlaya axışdı - VİDEO

Fermer 70 hektar sahədə əkdiyi soğanı sata bilmədiyi üçün vətəndaşlara pulsuz şəkildə paylayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. 70 hektar sahədə əkdiyi soğanı sata bilməyən fermer vətəndaşlara pulsuz paylayıb. Soğanın pulsuz olduğunu eşidən 3 minə yaxın insan tarlay

25 aprel
.

İntihar edən şəxsin məzarını açıb CANLI YAYIMDA yandırdı -Səbəbi hər kəsi ŞOK ETDİ - VİDEO

Türkiyədə intihar edən şəxsin məzarını yandırıblar. xarici mediaya istinadən xəbər verir ki, intihar edən şəxsin bir şəxsə borcu olub. Həmin şəxs intihar edən borclusunun məzarını açıb yandırıb. Borcu verən şəxs həmin anları sosial şəbəkədə canlı yayımlayıb. Hücum edən şəxs mərhumu təhqir edib: "B

23 aprel
.

Qadın salonunda iyrənc hadisə! 14 yaşlı uşağa təcavüz etdi

Qadın salonunda 46 yaşlı kişi saç ustasının yanında işi öyrənən 14 yaşlı uşaq cinsi istismara məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Qadın gözəllik salonunda işləyən 14 yaşlı qız ailəsinə müəssisənin sahibinin ona cinsi təcavüz etdiyini və zorla mesajlar göndərdiyin

23 aprel
.

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə ilə bağlı açıqlam

23 aprel
.

Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ciddədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb. Hələlik Səudiyyə Ərəbistanının kralının hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi açıqlanmır. Qeyd olunub ki, 88 yaşlı Salman bi

24 aprel
.

"Məni vecinə almadınız" dedi, xəstəxanaya hücum etdi - VİDEO

Müalicə üçün gələn və ona baxılmadığını iddia edən şəxs xəstəxanaya hücum edib. xarici mediaya həmin şəxs ov tüfəngi ilə xəstəxanaya hücum edərkən saxlanılıb. Təcili xidmətin girişi qarşısında polis qrupları tərəfindən saxlanılan şəxs ilk ifadəsində boğaz xərçəngi olub-olmaması üçün müayinə olunmaq üçü

24 aprel
.

Azyaşlı binadan yıxılıb sağ qaldı

Rusiya Penza vilayətində 5 yaşlı uşaq binadan yıxılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Litvinova küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. İstintaq Komitəsinin qeyd etdiyi kimi, beş yaşlı uşaq pəncərəyə çıxıb, ağcaqanad toruna söykənib və onunla birlikdə dördüncü mərtəbənin hündürlüyündə

23 aprel
.

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik. xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək. Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir v

23 aprel
.

Balta ilə arvadının əlini kəsib itə yedizdirdi - ŞOK OLAY

Rusiyanın Kalininqrad vilayətində arvadının barmaqlarını balta ilə kəsən saxlanılıb. yerli mediaya istinadla bildirir ki, 53 yaşlı şəhər sakini Kalininqrad xəstəxanasına aparılıb. Qadın bildirib ki, mübahisə zamanı əri onun əlinə balta vurub və iki barmağının falanqsını kəsib. Hadisə yerinə polis əməkdaşlar

23 aprel