Soros "cocuğu"nun reytinqi düşür - PaşinYANI "YANDIRAN" SƏBƏBLƏR...

Soros "cocuğu"nun reytinqi düşür - PaşinYANI "YANDIRAN" SƏBƏBLƏR...Böyük güclər bu gün Ermənistan hakimiyyətdə yer alanlarla sıx işləməyə davam edirlər.

Sonxeber.az xəbər verir ki, politoloq Zaur Məmmədov Redaktor.az-a açıqlamasında son aylar keçirilən sosial rəy sorğularında Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqinin aşağı düşməsinin səbəblərinə aydınlıq gətirib. Politoloq hesab edir ki, Paşinyanın bundan sonra da reytinqi aşağı düşməkdə davam edəcək:

"2019-cu ilin yanvar ayından başlayaraq, keçirilən sosial sorğularda Ermənistanın Baş naziri Nikol Paşinyanın nüfuzu tədricən aşağı düşməyə başlayıb. Hər iki-üç aydan bir Paşinyanın reytinqi daha da azalmaqda davam edir. Kiçik azalmalar onun artıq bu ilin sonuna yaxın reytinqinin daha da düşməsi ilə nəticələcək. Görünən budur ki, ilin sonunda Paşinyanın reytinqi 50%-dən aşağı olacaq. Qeyri-Avropa dövlətləri üçün bu çox böyük çağırış deməkdir. Eyni zamanda Ermənistan prezidentinin reytinqi Paşinyandan fərqli olaraq, artıb. Armen Sərkisyan ümumiyyətlə, susqun, çıxışlarında daha diqqətcil siyasi fiqurlardan biridir. Publikada özünü siyasi partiyalardan uzaq tutmağa çalışsa da, təbii ki, o da müəyyən qruplarla yaxından və uzaqdan əlaqəlidir".

Politoloq vurğulayıb ki, növbəti seçkilərdə Paşinyanın ciddi rəqibləri olacaq ki, bu da baş nazirin vəziyyətini çətinləşdirəcək:

"İstər Tonoyan, istər Armen Sərkisyan, istərsə də digərləri böyük güclər, eyni zamanda ABŞ və Rusiya üçün maraqlıdır. Paşinyanın reytinqinin aşağı düşməsinin bir neçə səbəbi var. Onun xaotik siyasi mübarizəsi, islahatları Ermənistanda demək olar ki, heç nəyi dəyişməyib. Bu gün Paşinyan hakimiyyətində Sorosçuların oturmasına baxmayaraq, Ermənistan-Qərb münasibətləri yaxşı vəziyyətdə deyil. Qərbin Paşinyanı tam olaraq, dəstəkləməməsinin səbəbi Ermənistanın Rusiyadan tam uzaqlaşmamasıdır. Soros tərəfindən də bunun üçün ciddi işlər görülür. Bu, Ermənistan üçün o qədər də asan məsələ deyil. Paşinyan istəsə belə Rusiyadan uzaqlaşa bilməz. Bu kimi amillər Qərb-Ermənistan münasibtlərinin inkişafına mane olan səbəblərdəndir".

Z. Məmmədov qeyd edib ki, Paşinyan və komandasının ABŞ və Qərblə yaxın bağlantıları var:

"Onlar əllərinə düşən fürsətdən maksimum şəkildə istifadə etməyə çalışacaqlar. Digər tərəfdən Rusiya faktoru, Qarabağ klanı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də Paşinyanın reytiniqinin aşağı düşməsinə təsir edir. Biz tez-tez Paşinyana qarşı Ermənistan KİV-də anti-təbliğatın şahidiyik. Hətta bu yaxınlarda Paşinyanın feyk (fake) məktubunun NATO Baş katibinə ünvanlanması ilə bağlı məlumatlar yayıldı. Ötən gün Rusiya mətbuatında "Paşinyan Qarabağı Qərbə verir" və s. kimi həqiqətə uyğun olmayan məlumatlar yayımlandı. Bütün bunlar informasiya müharibəsinin Paşinyana qarşı davam etdiyini göstərir. İnformasiya müharibəsi də erməni xalqının fikirlərinə, oxuculara təsir edən amillərdən biridir. Bu da Paşinyanın legitimliyinə birbaşa olaraq təsir göstərir. Hazırda Ermənistan KİV-də, eləcə də ermənilərə yaxın mətbu orqanlarında rusiyameylli və qərbyönümlü qüvvələr arasında söz davasının şahidiyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2404   Tarix: 10 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021