Gəlinin nömrəsini paylayan kişiyə qadın paltarı geyindirib alçaltdılar, indi də... - Azərbaycanda NAMUS DAVASI

Gəlinin nömrəsini paylayan kişiyə qadın paltarı geyindirib alçaltdılar, indi də... - Azərbaycanda NAMUS DAVASIBir müddət əvvəl Zərdab rayon Körpükənd kəndində iki qonşu arasındakı "namus davası"nda yeni detallar ortaya çıxıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, 70-ə yaxın kənd sakini imza toplayaraq Müşfiq Kərimovun ailəsi ilə birgə kənddən çıxarılmasını tələb edir. Buna səbəb isə M. Kərimovun oğlu Fərid Kərimovun qonşuları Mübariz adlı şəxsin gəlini A.H-nın nömrəsini başqa kənd sakinlərinə paylaması iddiasıdır.

Hətta bu hadisəyə görə bir müddət əvvəl Müşfiq Kərimova qadın paltarı da geyindiriblər. Belə ki, Mübarizlə birgə bir neçə nəfər F. Kərimovun atası M. Kərimova qadın paltarı geyindirərək icra nümayəndəliyinin qarşısında təhqir edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları M. Kərimovu təhqir edən R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni bir müddət əvvəl saxlayıb, sonra isə onlar məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Döyülən tərəfi narazı edən məqam isə həmin şəxslərin hələ də azadlıqda qalması və kənd sakinlərinin onlarla bağlı topladığı imzadır.

Zərdab Rayon Polis Şöbəsinin baş müstəntiqi Anar Süleymanov qafqazinfo-ya açıqlamasında 70 nəfərin ərizə yazması faktını təsdiqləyib. O bildirib ki, ərizələrin heç bir hüquqi əsası yoxdur: "Azərbaycan qanunvericiliyində ərizə yazmaqla kiminsə kənddən çıxarılması halı yoxdur. Buna görə də, heç kim kənddən çıxarıla bilməz".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru Aslan Qiyaslı qafqazinfo-ya açıqlamasında bildirib ki, M.Kərimovun döyülməsi faktı ilə bağlı cinayət işi başlanılıb: "Bu işlə bağlı istintaqın ilkin mərhələsində 4 nəfər saxlanılaraq həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib. Məhkəmə bundan imtina edib, daha sonra prokurorluq apelyasiya protesti verib. Apelyasiya instansiyası da protesti təmin etməyib. Həmin şəxslər bu səbəbdən azadlıqda qalıb. Hazırda istintaq davam etdirilir, yekunda iş tamamlanaraq məhkəməyə göndəriləcək. İttiham olunan şəxslərin əməlinə məhkəmə tərəfindən hüquqi qiymət veriləcək".

Qeyd edək ki, hadisədə adı hallanan xanım 6 ildir ki, evlidir. Həyat yoldaşı isə hazırda həbsdədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 10430   Tarix: 10 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021