Gənc yaşda intihar edən idmançılarımız: Onları ölümə aparan səbəblər - FOTOLAR

Gənc yaşda intihar edən idmançılarımız: Onları ölümə aparan səbəblər - FOTOLARXəbər verdiyimiz kimi, dünən 2001-ci il təvəllüdlü akrobatika üzrə dördqat Avropa çempionu Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Onun ölümünə səbəb kimi isə yoldaşından boşanması və bundan sonra bir neçə nəfərlə danışmaq istəsə də, anasının qadağa qoyması göstərilir.

Bu hadisə Azərbaycanda son illər idmançıların özünə qəsd etməsi hallarınının artması problemini yenidən gündəmə gətirib.

İntihar edən idmançıların hər biri müxtəlif səbəblərdən bu yola əl atıb. Böyük əksəriyyət isə ailə-məişət problemlərindən dolayı özünü öldürməyi seçib.

Müxtəlif illərdə intihar edən idmançılarımızı və onların ölüm səbəblərini təqdim edirik:

Cari ilin 10 martında gecə saat 03:00-da 14 yaşlı Nurlana Əhmədova özünə qəsd edib. Yaşayış binasının 9-cu mərtəbəsindən özünü atan Nurlana hadisə yerindəcə keçinib. O, Azərbaycan Kopoera Federasiyasının üzvü olub və Azərbaycan yığmasının heyətində yer alıb.

13 iyul 2017-ci il tarixində yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasının üzvü, ikiqat Avropa çempionu olan Rəşad Dünyamalıyev intihar edib. 18 yaşlı idmançı Binəqədi kəndində yaşadığı evin həyətində özünü asıb. Onun intihara hansı səbəbdən əl atdığı səbəbi bilinməyib.

30 may 2017-ci ildə İftixar Taleh oğlu Məhərrəmov intihar edib. O, budo idman növü üzrə Dünya və Avropa çempionu idi, həmçinin kikboksinqlə də məşğul olurdu. 1997-ci il təvəllüdlü İftixarın anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atdığı bildirilib.

2013-cü ilin 10 iyun tarixində sambo və cüdo üzrə dəfələrlə respublika çempionu olmuş Əhəd Rəcəbli özünü yaşadığı mənzildə idman arenasında qazandığı qara kəmərlə asıb. Əhəd Rəcəblinin son vaxtlar psixoloji cəhətdən bəzi problemlərinin olduğu və tez-tez dostlarına depressiya ilə bağlı gileyləndiyi qeyd edilib. O, intihardan əvvəl yoldaşını çörək almaq üçün mağazaya göndərib və o geri qayıdana kimi canına qıyıb.

Digər bir intihar hadisəsi isə yenə 2013-cü ildə, Əhəd Rəcəblinin ölümündən 1 gün sonra - 11 iyunda baş verib. Kikboksinq üzrə keçmiş Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Aşurov özünü asıb. Federasiyadan onun narkotik maddə aludəçisi olduğunu öyrəndikdən sonra idmandan kənarlaşdırıblar. Bundan sonra o, həbsdə də olub. Keçmiş idmançının sağlamlığı, o cümlədən psixikası ilə problemləri olduğu üçün o, psixonevroloji dispanserdə uçotda olub. Alınmış məlumatlara görə, Aşurov həm də ayağında aparılacaq əməliyyata hazırlaşırmış. Onun yaşadiği yerdə də sıxıntılar çəkdiyi qeyd edilib. ("Yeni Sabah")
Gənc yaşda intihar edən idmançılarımız: Onları ölümə aparan səbəblər - FOTOLARGənc yaşda intihar edən idmançılarımız: Onları ölümə aparan səbəblər - FOTOLARGənc yaşda intihar edən idmançılarımız: Onları ölümə aparan səbəblər - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1192   Tarix: 10 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hacı Əliyevin son durumu AÇIQLANDI

"Özümü yaxşı hiss edirəm". Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib. H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:. "Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir

25 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Pikenin ciddi nöqsanları tapıldı, məhkəmə işə qarışdı

İspaniyaya məxsus "Kosmos" şirkətinin bank hesabı məhkəmə tərəfindən bloklanıb. xarici mediaya istinadla bildirir ki, bir ay əvvəl İspaniya Futbol Assosiasiyasının ofisində polis yoxlama aparıb. Söhbət korrupsiya və çirkli pulların yuyulması hallarının araşdırılmasından gedir. Qalmaqaldan sonr

25 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13 aprel
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12 aprel
.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel