AMB-dən saxta yüz manatlıqlar barədə - AÇIQLAMA - VİDEO

AMB-dən saxta yüz manatlıqlar barədə - AÇIQLAMA - VİDEOSosial şəbəkələrdə saxta 100 manatlıq əsginaslarla bağlı videogörüntülər yayılıb. Həmin görüntülərdə qeyd olunur ki, bu saxta pulları orijinal əsginaslardan ayırmaq çətindir.

Adıçəkilən video cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəs insanlar saxta əsginaslarla qarşılaşdıqda aldanmamaq üçün nələrə diqqət etməlidir?

Sonxeber.az bildirir ki,məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) Oxu.Az-ın müvafiq sorğusunu cavablandırıb.

Qeyd olunub ki, AMB Daxili İşlər Nazirliyi ilə birlikdə müvafiq araşdırmalara başlayıb:

"Mərkəzi Bank pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanları ilə ciddi koordinasiya işləri aparır. AMB tərəfindən aşkar edilmiş bütün saxta pul nişanları dərhal hüquq-mühafizə orqanlarına təqdim edilir və birgə araşdırmalar aparılır.

Sosial şəbəkələrdə saxta 100 manatlıq pul nişanına dair yayılmış videogörüntü ilə bağlı araşdırmalar gedir. Mərkəzi Bank Daxili İşlər Nazirliyi ilə birlikdə müvafiq istiqamətdə araşdırmalar aparır".

Bildirilib ki, həyata keçirilmiş birgə tədbirlər, eləcə də, pul nişanlarımızın yüksək mühafizə sistemlərinə malik olması nəticəsində onların saxtalaşdırılması səviyyəsi beynəlxalq təcrübə ilə müqayisədə aşağıdır və tədavüldə olan hər 196 min ədəd pul nişanına bir ədəd saxta pul nişanı düşür:

"Müqayisə üçün, avro üzrə dövriyyədə olan hər 30 min ədəd pul nişanına bir ədəd saxta, ABŞ dolları üzrə dövriyyədə olan hər beş min ədədə bir ədəd saxta, Rusiya rublu üzrə isə dövriyyədə olan hər 132 minə bir ədəd saxta pul nişanı düşür".

Sorğuya cavabda deyilir ki, Azərbaycan Mərkəzi Bankı qanunvericiliyə uyğun olaraq davamlı tədbirlər həyata keçirir. Dövriyyəyə buraxılmasından 13 il müddət keçməsinə baxmayaraq, milli pul nişanlarımız müasirliyinə, eləcə də mühafizə sisteminə görə öz aktuallığını qoruyub-saxlayır:

"Bununla belə, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da pul nişanlarının saxtalaşdırılması cəhdləri olur. Milli pul nişanlarımızın təhlükəsizlik elementləri yüksək səviyyədədir və avro pul nişanlarına uyğun dörd pilləli "mühafizə fəlsəfəsi" əsasında hazırlanıb.

Belə mühafizə sistemi pul nişanlarının mühafizə elementlərinin həqiqiliyinin tədavülün bütün mərhələlərdə (əhali, ticarət müəssələri, kredit təşkilatları və Mərkəzi Bank) müəyyən etməyə imkan verir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1167   Tarix: 10 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel