İYRƏNC OLAY! Döydü, işgəncə verdi, Azərbaycandan intim şəkillərini yaydı... - FOTO

İYRƏNC OLAY! Döydü, işgəncə verdi, Azərbaycandan intim şəkillərini yaydı... - FOTOAvropa İnsan Haqları Məhkəməsi məişət zorakılığına məruz qalmış qadının şikayəti əsasında Rusiyanı 26 min avro təzminat ödəməyə məhkum edib. Bu, Rusiyaya qarşı məişət zorakılığı ilə əlaqəli çıxarılan ilk qərardır. Avropa Məhkəməsi belə qənaətə gəlib ki, Rusiya dövləti qadını qorumaq üçün yetərli tədbirlər görməyib. Qadını zorakılığa məruz qoyan isə Azərbaycan vətəndaşıdır.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki (https://rtvi.com/news/espch-obyazal-rossiyu-vyplatit-25-tysyach-za-domogatelstva/, https://zona.media/article/2016/10/12/svetlana) bu ölkə vətəndaşı Valeriya Volodina qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən mütəmadi olaraq döyülüb, hədələnib, işgəncələrə məruz qalıb. Qadın 2016-cı ildən etibarən fiziki və mənəvi işgəncələrlə bağlı dəfələrlə yerli hüquq-mühafizə orqanlarına şikayət edib. Lakin onun çoxsaylı şikayətlərinə əhəmiyyət verilməyib, cinayət işi açılmayıb.

Rusiyanın Ulyanovsk şəhər sakini 34 yaşlı V.Volodina Azərbaycan vətəndaşı Rəşad Salayevlə 2014-cü ilin sonlarında tanış olub, birgə yaşayıblar. Qadın ilk dəfə 2015-ci ilin aprelində R.Salayev tərəfindən döyülüb. Bu hal hər üç-dörd aydan bir təkrarlanıb.

"Hətta məni o qədər döymüşdü ki, bir həftə yataqdan ayağa qalxa bilməmişdim. Başa düşürdüm ki, bu adam məni öldürə bilər. Mən artıq müqavimət də göstərmirdim"- zorakılığa məruz qalan qadın yerli mətbuata açıqlamasında belə deyib.

Valeriyanın dediklərindən belə məlum olub ki, ilk dəfə döyülməsi ilə bağlı polisə 1 yanvar 2016-cı ildə müraciət edib. Həmin vaxt faktla əlaqədar cinayət işi açılmayıb. Bundan sonra qadın məcburən Moskvaya qaçmalı olub. Lakin onun yerini öyrənən R.Salayev Valeriyanı taparaq yenidən Ulyanovskə qaytarıb. Cəmisi iki gündən sonra isə hər şey yenidən təkrarlanıb. Bu dəfə hamilə vəziyyətdə olan Volodiya döyülmə nəticəsində bətnindəki körpəsini itirib. Qəribə də olsa, R.Salayevin bu əməli ilə bağlı da hüquq-mühafizə orqanları tərəfindən heç bir araşdırma aparılmayıb. Ona deyiblər ki, sabah gedib barışacaqsız, boş yerə vaxtımızı almayın.

2016-cı ilin yazında Valeriya yenidən Moskvaya köçmək məcburiyyətində qalıb. Çox keçməyib ki, onun "Vkontakte" sosial şəbəkəsindəki səhifəsi Rəşad tərəfindən ələ keçirilib, intim şəkilləri internetdə yerləşdirilib. Həmin şəkillər birgə yaşadıqları vaxtda Rəşad tərəfindən çəkilmişdi. Zərərçəkmişin polis orqanlarına bu haqda müraciəti də cavabsız qalıb.

Nəyə görəsə Moskva polisi də Ulyanovskdəki həmkarları kimi R.Salayev barəsində cinayət işi başlamayıblar.

Yalnız ötən ilin martında Ulyanovsk şəhəri, Zavoljsk rayon istintaq komitəsi tərəfindən V.Volodinanın şəkillərinin internetdə yerləşdirilməsi ilə əlaqədar R.Salayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb. Lakin elə həmin ilin dekabrında da araşdırma dayandırılıb. Məlum olub ki, qadının intim şəkillərini internetdə yerləşdirən şəxs Azərbaycandadır. Rusiya Daxili işlər nazirliyinin məlumatlarında isə R.Salayevin həmin ərəfədə Rusiyada olduğu bildirilib.

İstintaq zaman həmçinin o da məlum olub ki, Rəşad daim Valeriyanı güdüb, onu addım-addım izləyib, hücum çəkərək gah çantasını, gah telefonu aparıb, sonradan sındırıb və geri qaytarıb. Polis orqanları isə qadına təhdidlərin qısqanclığın təzahürü olduğunu deməklə kifayətləniblər.

Rusiyada ədalətə nail ola bilməyən Valeriya sonda öz ölkəsini tərk edib. Buna baxmayaraq, təhdidlərin, şantajların, telefon zənglərinin ardı-arası kəsilməyib.

Zərərçəkmiş istintaqı aparan müstəntiqdən də şikayətlənir. Deyir ki, onun şəkillərinin internetdə yayılmasını istintaq orqanı doğru-düzgün araşdıra bilməyib: "Elə vəziyyət yaranırdı ki, məsələn, mənim xaricə getməyimi heç kim bilmirdi. Müstəntiq deyirdi ki, gələn ay gəlmək lazım olacaq. Deyirdim ki, mümkün deyil, ölkədə olmayacağam. İki gündən sonrasa Rəşad mənə təhqirdolu mesajlar göndərməyə başlayırdı. "Hara gedirsən, ay əxlaqsız? Səni heç yana buraxmayacağam, getməyə icazə verməyəcəyəm" tipli mesajlar gəlirdi. Bir daha qeyd edim ki, mənim xaricə gedəcəyimi müstəntiqdən başqa heç kim bilmirdi..."

Valeriya deyir ki, ölkəsində polis orqanları məişət zorakılığı ilə bağlı şikayətlərə ciddi yanaşmırlar: "Bizim polislərdən heç vaxt yaxşı münasibət görmədim. Onlar elə fikirləşirlər ki, bu gün şikayət edirsən, sabah barışa bilərsən. İstehza ilə yanaşırlar, ələ salırlar. Heç zaman onların mənə kömək göstərəcəyini hiss etmədim".

Valeriya özünü qorumaq üçün artıq üstündə qaz balonu daşıyır. Hər yana yeniyetmə oğlu ilə birgə gedir: "Ötən ilin payızında iki maskalı şəxs blokda qardaşıma hücum çəkmişdi. Polisə şikayət etdik, araşdırmadılar da. Bundan sonra özüm bloka kamera quraşdırdım".

"Gətirdiyim sübutlara formal cavablar verilir, gah ekspertiza tərəfindən it-bat olur, gah da araşdırmaqdan imtina edirlər. Deyirlər ki, yazışmalar sübut növü deyil. Hərçənd, mən bildiyimə görə, sosial şəbəkələrdə yazılan hansısa şərhə görə adamı həbs edirlər. Məndə isə minlərlə skrinşotlar, yazışmalar var. Amma istintaq bunları sübut növü hesab etmir".

Qeyd edək ki, Avropa Məhkəməsi öz qərarında Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin pozuntusunu tanıyıb, mənəvi zərərə görə 20 min avro, məhkəmə xərclərinə görə isə 6 min avro müəyyən edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1530   Tarix: 10 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021