Bakıya qonaq gəldi : 3100 manat OĞURLADI

Bakıya qonaq gəldi : 3100 manat OĞURLADIŞəki sakini Bakıda qonaq olduğu evdən oğurluq edib.

Sonxeber.az "Report"a istinadən bildirir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

Araşdırma aparılır.

Hadisə   Baxılıb: 409   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR