BİABIRÇILIQ! Bakıda marketdən aldığı yumurta evdə "partladı" - VİDEO

BİABIRÇILIQ! Bakıda marketdən aldığı yumurta evdə "partladı" - VİDEOSon vaxtlar marketlərdə istifadəyə yararsız yumurta satışı ilə bağlı şikayətlər çoxalıb.

Şikayətlər daha çox lax yumurtaların satışı ilə bağlıdır. Belə bir vəziyyətlə bu gün Xəzər rayonu Mərdəkan qəsəbəsinin sakini üzləşib.

Şikayətçinin cebhe.info-ya verdiyi məlumata görə, "Mərdəkan" marketdən aldığı 15 ədəd yumurtadan biri xarab çıxıb. Yumurtanı qaynadan xanım şikayətçi 3-5 dəqiqə sonra məhsulun qazanda partladığını və evi üfunət iyi bürüdüyünü deyib: "Qazandan gələn səsi anlamadım. Qabığı dağılmış yumurtanı qazandan çıxardım. İlk görünüşdən yumurtanın rəngi içərisində cücə olması təsiri bağışladı. Rəngi qapqara, qoxusu isə iylənmiş balıq iyi verirdi. Təbii ki, iylənmiş yumurtanı atdım. Məhsulun xarab olması şikayəti ilə "Mərdəkan" marketə getdim. Satıcı şikayətimi dinləsə də, məsələni üzərlərindən atmaq üçün yumurtanın "Giləzi Quşçuluq" firmasına məxsus olduğunu dedi. Daha sonra dediyi sözü təkzib edərək marketə gətirilən hansısa fiziki şəxsə aid olduğunu bildirdi".

Qeyd edək ki, Mərdəkan sakini videogörüntünü göndərib. Həmin görüntüləri təqdim edirik.

Hadisə   Baxılıb: 6125   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR