Bıçaqla hədələdi, pul tələb etdi... - Bakıda gecəyarısı QANLI CİNAYƏT

Bıçaqla hədələdi, pul tələb etdi... - Bakıda gecəyarısı QANLI CİNAYƏTBakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Tanrıverdiyev iyulun 10-da saat 1 radələrində naməlum şəxsin onu bıçaqla hədələyərək pul verməsini tələb etməsini, istədiyinə nail olmadıqda ona əlindən bıçaqla xəsarət yetirib, sonra hadisə yerini tərk etdiyini bildirib.

24-cü polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Nuriyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (teleqraf)

Hadisə   Baxılıb: 461   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR