Azərbaycanda hakimdən Prezidentə ŞİKAYƏT EDİLDİ

Azərbaycanda hakimdən Prezidentə ŞİKAYƏT EDİLDİVətəndaş Sakin Abdulhüseyin oğlu Ağayev Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanovun fəaliyyətindən ölkə başçısına şikayət edib.

Sonxeber.az modern.az-a istinadən bildirir ki, şikayət ərizəsində vətəndaş məhkəməni bir fırıldaqçı ilə cinayət əlaqələrinə girərək, qanunları pozmaqla ittiham edib.

Şikayəti aşağıda olduğu kimi təqdim edirik:

- Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Hörmətli Möhtərəm Prezident!

Nəzərinizə çatdırıramki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İbrahimov Fikrət Vəli oğlu adlı bir fırıldaqçı ilə cinayət əlaqələrinə girərək, aidiyat prinsipini pozmaqla iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan "müqaviləyə" hüquqi sənəd kimi istinad etməklə 26.07.2017 - ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı Qətnamə qəbul etmişdir (Yalnız iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanmış, mən və ailə üzvlərimin heç birinə aidiyyatı olmayan və bizim tərəfimizdən imzalanmayan, iş materiallarından götürülmüş saxta "müqavilənin" sürəti əlavə olunur).

Baxmayaraq ki, bütün bu qanunsuzluqları və saxtakarlıqları təstiq edən sübutlar ortadadır və həmin faktlar kütləvi informasiya vasitələrində də yayımlanmışdır, kimlərinsə tapşırığı ilə bu biabırçı və ölkəmiz adına ləkə gətirən qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılmışdır. Bu haqqsızlıqlardan xəbər tutan Azərbaycanın 35 tanınmış ziyalısı 12 iyun 2019-cu il tarixdə müraciət edərək məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına gətirilmiş bu faciə barəsində Sizi məlumatlandıraraq bizim pozulmuş hüquqlarmızın bərpa edilməsinə yardım etməyinizi xahiş etmişlər (müraciətin surəti əlavə olunur). Lakin, təəssüf hissi ilə qeyd etmək istəyirəmki, bəhs etdiyimiz müraciətdən bir ay keçməsinə baxmayaraq, bu qanunsuzluqlar hələdə aradan qaldırılmamışdır.

Əlacsızlıq ucbatından mən həmin qətnamədən Avropa Məhkəməsinə şikayət vermək məcburiyyətində qalmışam. Lakin bu biabırşı qətnamənin Avropa Məhkəməsində müzakirəsinə qədər Ali Məhkəmənin Plenumuna çıxarilıb baxılması və ədalətli qərar qəbul edilməsi mümkündür!

Əlavə olaraq mən 21.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edərək, məhkəməni aldatdığına və saxta sənəd təqdim etdiyinə görə İbrahimov Fikrət Vəli oğlu və bilə-bilə ədalətsiz qətnamə çıxarmış Pirallahı Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu barəsində cinayət işinin başlanması üçün şikayət ərizəsi vermişəm (şikayət ərizəsinin surəti əlavə olunur). Lakin, əməllərində açıq-aydın cinayət tərkibi olan bu şəxslər barəsində hələdə heç bir tədbir görülməmişdir.

Hörmətli Möhtərəm Prezident!

Mənim və ailə üzvlərimin həyatı təhlükədədir. Bir fırıldaqçının sifarişi ilə məhkəmə orqanları məni özümə qəsd etmək həddinə çatdırıblar. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən bu işi Ali Məhkəmənin Plenumuna çıxarilıb qanuna uyğun şəkildə baxılması və ədalətli qərar qəbul edilməsi, bu iş üzrə əməllərində açıq-aydın cinayət tərkibi olan şəxslər barəsində cinayət işinin başlanılması məsələlərini nəzarətə götürməyinizi və məni şəxsən qəbul etməyinizi xahiş edirəm.

Ailəmizin ümüdü Sizədir, Möhtərəm Prezident!

Hörmət və ehtiramla,

Ağayev Sakin Abdulhüseyin oğlu,

10 iyul 2019-cu il

Əlaqə telefonu: 012 490 29 13, mob. 050 213 13 04.

Ünvan: Bakı şəh., İnşaatçılar pr-ti, ev 4a, mənzil 41.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1382   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel