Polis rəisinin oğlu keçmiş polis bu binadan yıxılıb ölüb... - FOTO

Polis rəisinin oğlu keçmiş polis bu binadan yıxılıb ölüb... - FOTOXəbər verdiyimiz kimi, bu gün "Qorotdel"in Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayev 5-ci mərtəbədən düşərək vəfat edib.

Sonxeber.az xəbər verir ki, "Qafqazinfo"nun əməkdaşları hadisə yerində olaraq qonşularla söhbət edib.

28 yaşlı Orxan 5 mərtəbli binanın 5-ci mərtəbəsindən düşüb. O, binanın tinində dayanan "Niva" markalı avtomobilin arxasında yerə düşüb.

Şahidlərin sözünə görə, polkovnik ailəsi ilə bu binada yaşayıb. Həmin an Orxanın yalnız anası evdə olub, böyük qardaşı sonradan hadisə yerinə gəlib.

Qeyd edək ki, Ə.Ağayevin iki oğlu olub. Orxan Ağayev subay olub.

Baş verən hadisənin intihar, yoxsa ehtiyatsızlıqdan olduğu istintaq zamanı müəyyən olunacaq.
Polis rəisinin oğlu keçmiş polis bu binadan yıxılıb ölüb... - FOTO

Hadisə   Baxılıb: 2704   Tarix: 11 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR