Bakını QARA TÜSTÜ bürüdü - "Şamaxinka"da təhlükəli faciənin qarşısı alındı – VİDEO

Bakını QARA TÜSTÜ bürüdü - "Şamaxinka"da təhlükəli faciənin qarşısı alındı – VİDEOBakının Yasamal rayonunda güclü yanğın baş verib.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, Bakının Moskva prospektində, "Şamaxinka" adlanan ərazidə qeydə alınan yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Vətəndaşlar bu qara tüstüdən təşvişə düşüblər. Əraziyə yanğınsöndürən maşınların getdiyi bildirilir.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq. Xİdmətdən bildirilib ki, ərazidəki quru ot sahəsinda yanğın baş verib.

Yanğın çox güclü olduğu üçün ətrafa yayılma təhlükəsi yaranıb.

İkinci çağırışla əraziyə cəlb edilən yanğınsöndürənlər alovu ram ediblər və yanğın söndürülüb. (BAKU.WS)

Hadisə   Baxılıb: 909   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR