Ermənilər Qarabağ atları üçün hücum etdi… - Direktor
Dünyada 265 at növü var, onun 2-i Azərbaycandadır. Bunlardan biri Qarabağ atı, digəri isə Dilbaz atıdır.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-turda Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov deyib. Kompleksin Ağdamın Eyvazxanlı kəndində atçılıq zavodunun əsasında yaradıldığını bildirən direktor hazırda burada 245 baş Qarabağ cinsindən olan at saxlanıldığını qeyd edib:
"Bunlardan 6 başı törədici ayğır, 60 başı ana madyan-damazlıq, 61 başı 2019-cu ildə alınan balalardır. Qalanları isə cavan və orta yaşda olan dişi və erkək atlardır".
M.Hüseynov ermənilərin Qarabağ atlarını ələ keçirmək üçün hücum etdiklərini xatırladıb:
"Hələ o zamanlardan ermənilər çalışırdı ki, Qarabağ atını özününküləşdirsinlər. Silahlı şəkildə bir neçə dəfə Qarabağ atlarını gəlib aparmaq istəyirdilər. Kollektivlə birgə atları Ağdamın Üçoğlan kəndində quşçuluq fermasında gizlətmişdik və gəlib tapa bilməmişdilər".
Kompleks direktoru onu da vurğulayıb ki, burada atlar yüksək səviyyədə saxlanılır:
"Atlarımız sərgidə iştirak etmək, cıdıra çıxmaq imkanına malikdir. Atlar dünya bazarına çıxacaq səviyyədə saxlanılır".
M.Hüseynov bildirib ki, atların qiyməti 2 min manatdan başlayaraq 10 min manata qədər artır:
"İldə 25 baş atın satışı nəzərdə tutulur. İldə 50 baş artım olur. Atlar təbii cütlüklə artırılır".
M.Hüseynov Qarabağ atının neçə seçildiyini də açıqlayıb. O bildirib ki, Qarabağ atının rəngi qızılı-kürən olur, alnında qaşqası, qıçlarında səkili var:
"Qarabağ atı gözəl nişanələri ilə seçilir. Qarabağ atı vəfaladır.
Sovetlər Birliyi zamanında atlar Moskvaya göndərilib, oradan xarici ölkələrə satılırdı. Hazırda at satışa çıxarılmır. Almaniya, İngiltərə, Fransaya atın satışı nəzərdə tutulur". (teleqraf)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 992 Tarix: 12 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021