Deputatlar məzuniyyətə çıxdı

Deputatlar məzuniyyətə çıxdıAzərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb.

Sonxeber.az xəbər verir ki, iyulun 12-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Toplantıda 28 məsələ müzakirə olunub.

Əksəriyyəti 2-ci cə 3-cü oxunuş olan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.
İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb və deputatlar tətilə çıxıb. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, Milli Məclisin sədri 2475 manat, sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980, komitə sədrinin müavini 1 856 manat, sıravi deputat isə 1732 manat maaş alır.

Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar.

Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

Qeyd edək ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun 29-cu maddəsinə əsasən məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Bu da o deməkdir ki, deputatlar maaşdan əlavə maaşı miqdarında əlavə müavinət də alacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 653   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

29 mart
.

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı

29 mart
.

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılmas

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart