Hakimlər məsuliyyətə cəlb edilib

Hakimlər məsuliyyətə cəlb edilibŞurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Gəncə İnzibati-iqtisadi məhkəməsinin sədri Natiq Abbasovun və hakimi Kamil Rzayevin, Göygöl rayon məhkəməsinin hakimi Rafiq Məmmədovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.

İclasda dövlət başçısının "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi qüdrətinin daim artdığını, sosial yönümlü mühüm qərarların qəbul olunduğunu vurğulayıb, ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq məhkəmə fəaliyyətinin də müasirləşdirildiyini qeyd edib.

Bildirilib ki, Fərmanın icrası üzrə məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmə fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması və s. məsələlər üzrə qanunvericiliyə əsaslı dəyişiklikliklər nəzərdə tutan mühüm layihələr hazırlanaraq təqdim olunub.

Artıq bəzi qanun layihələri bu ərəfədə Milli Məclis tərəfindən qəbul edilib. Yeni qanunvericiliyə uyğun olaraq sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə bu sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və daha çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin – Kommersiya məhkəmələrinin yaradılması təsbit olunub. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına əlavə təkan olacaq bu məhkəmələrdə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə baxılması nəzərdə tutulur.

Həmçinin, hakimlərin müstəqilliyinin təmin edilməsi məqsədilə onların maddi təminatının yaxşılaşdırılmasına, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edən digər mühüm qanunlar qəbul edilmişdir. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş bu qanunlar ölkəmizin məhkəmə sisteminin daha effektiv fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaqdır.

Tədbirdə Fərmana uyğun olaraq hakim ştatlarının sayının 200 vahid artırılmasının iş yükünün azalmasına, bununla da süründürməçilik hallarının qarşısının alınmasına, işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcəyi vurğulanıb. Ölkəmizdə tətbiq olunan hakimlərin seçilməsi Qaydasının Avropada ən şəffaf və obektiv seçim üsulu kimi qiymətləndirildiyi bildirilib, müasir İKT-lər tətbiq olunmaqla namizədlər üçün daha əlverişli şəraitin yaradılması və çevikliyin təmin olunması məqsədilə Qaydalara müvafiq dəyişikliklər edilib.

Şurada hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə yaradılmış "Qaynar Xəttin" fəaliyyəti təqdir olunub. Qeyd edilib ki, Fərmanın icrası üzrə yaradılmış monitorinq sektorları tərəfindən məhkəmələrdə mütəmadi monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular dərhal aradan qaldırılmaqla, yol verilən nöqsanlar hakimlərin və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

Vətəndaşlar üçün əlverişli şərait yaradılması və yol verilən nöqsan və çatışmazlıqların yerində aradan qaldırılmasının təmin edilməsi məqsədilə bilavasitə məhkəmələrdə qəbulların keçirilməsi təcrübəsinin yaradılması təqdir olunaraq, qəbul günləri barədə əvvəlcədən internet resurslarında müvafiq elanların yerləşdirilməsi məqsədəmüvafiq bilinib.

Fərmanda qarşıya qoyulmuş vəzifələrin icrası üzrə həmçinin, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi məqsədilə Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Metodologiyasının yeni layihəsi, habelə məhkəmə monitorinqlərinə dair qaydalar hazırlanıb.

Eyni zamanda iclasda Fərmandan irəli gələn məsələlər üzrə əlavə tədbirlər müəyyən olunub, təcrübəli hakimlərin və könüllülərin Şuranın fəaliyyətinə daha geniş cəlb olunması, intizam icraatları üzrə qərarların profilaktik təsirinin gücləndirilməsi, xarakterik və digər nöqsanların qarşısının alınması məqsədilə onların yerində hakimlərlə müzakirəsinin təşkili qərara alınıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 685   Tarix: 12 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d

29 mart
.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia

"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir". xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib. Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparılıb - VİDEO

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Avetisyanın evində axtarış aparıblar. V.Avetisyan axtarış zamanı yaşanan hadisələri telefonuna çəkərək öz "Facebook" səhifəsində paylaşıb. V.Avetisyan baş verənlərə görə, Ermənistanı

29 mart