"Soğanın qiyməti bundan aşağı olanda - BİZƏ SƏRFƏLİ OLMUR - FERMERDƏN AÇIQLAMA

"Soğanın qiyməti bundan aşağı olanda - BİZƏ SƏRFƏLİ OLMUR - FERMERDƏN AÇIQLAMABu il Bərdənin soğan əkini sahələrində fermerlərdən soğanın kiloqramı 30 qəpikdən alınıb. Fermerlər bildirir ki, qiymətlərin bundan aşağı olması onlar üçün sərfəli deyil.

Sonxeber.az fed.az-a istinadən bildirir ki, fermer Elmar Qasımovundediyinə görə, bu il 11 hektar sahədən 600 ton soğan yığıb. Onun sözlərinə görə, bu ilki vəziyyət ötən ildəkindən olduqca yaxşıdır.

"Soğan mal-qaraya qismət oldu"

Fermerin sözlərinə görə, ötən il təsərrüfat zərərlə başa gəlib.

"Qoyduğumuz mayanı götürə bilmədik. Hətta başıma belə bir iş gəldi. Əvvəl istədik ki, sahəyə mal qaranı buraxaq ki, sahədə qalan soğanı yesin. Bu zaman bir nəfər məndən xahiş etdi ki, ona icazə verim soğanı yığıb aparıb satsın. Mən də icazə verdim. Amma bir neçə gün sonra gördüm ki, həmin adam sahəyə yaxın gəlmir. Səbəbini sorşanda dedi ki, sərf etmir. Hətta fəhlələrin pulunu çıxara bilmir. Baxın bütün sahəni əkib becərmişəm, bütün xərcləri mən etmişəm amma adam bircə malı yükləyib aparıb satmalıdır bazarda yenə sərf etmir" - deyə Elmar Qasımov bildirib.

Fermerin sözlərinə görə bu il onlar üçün çox yaxşı olub. Belə ki, Kənd Təəsrrüfatı Nazirliynin yaratdığı şərait nəticəsində məhsulları xarici bazara çıxıb.

"Ötən il elə olmuşdu ki, sahədə 300-400 soğan qalıb xarab olmuşdu. Çünki məhsul çox idi. Həm də xarici ölkələr bizim soğan istehsalımızdan xəbərləri yox idi. Amma bu il çox yaxşı oldu . Elə təkcə məndən Polşadan, Ukraynadan, Rumıniyadan Bolqarıstandan və Rusiyadan gəlib soğan alıb apardılar. Əgər Kənd Təsərrüfatı xarici bazarlara məhsul çıxarmağa imkan yaratmasaydılar yenə məhsulumuz xarab olacaqdı" - deyə Elmar Qasımov bildirdi.

"Əvvəl əsasən Gürcüstandan alıb aprırdılar soğanı. O da o zaman baş verir di ki, qiymət onlara sərf etsin. Misal üçün elə olub ki, kilosunu 15 qəpiyə də satmışıq elə də olub ki, 25 qəpiyə . Birazdan soğanın kütləvi yığınına başlanacaq ki, bu zaman soğanın bir kisəsi 5 -6 manat olacaq. Onda Gürcüstandan olan alıcılar axışacaq bizim bazara. Ötən il soyuducuya vurduğumuz soğanı Türkiyədən olan alıcılar alıb apardı." - deyə feremer bildirdi.

Elmar Qasımovun sözlərinə görə, azərbaycanlı fermerlər qiyməti qaldrıan kimi Gürcüstandan olan alıcılar soğanı almaqdan imtina edir.
"Gürcüstan bizdən tutalım ki, 25 qəpiyə kilosunu alırsa Gürcüstan öz gömrüyündə kilosuna görə də 25 qəpik gömrük alırlar. Onlarda soğan baha satılır. Bizdən ala biməyəndə Türkiyədən alırlar. Keçən dəfə Türkiyədən aldılar bizə dedilər ki, Türkiyədən almaq sizdən 20 qəpik daha ucuz başa gəldi. Amma indi Türkiyədə qiymət qalxdılğı üçün gözləyirlər ki, bizdə qiymət stabilləşsin gəlib aparsınlar" - deyə o bildirdi.

Elmar Qasımov FED.az-a müsahibəsi zamanı bildirdi ki, Azərbaycanda soğanın ən ucuz vaxtı sentyabrda olacaq. Onun sözlərinə görə, qiymətin hətta 15 qəpiyə də ola bilər. Bizdə ən ucuz vaxt sentyabrda olacaq. Ola bilər ki hətta 15 qəpik olsun. Bu qiymət maya dəyəridir.Məhsulu sahədə saxlamaq olmur yağışlar başlayır ona görə məcbur olursan satasan. Avqustun 15-dən sonra başlayırlar soyuduculara vurmağa malları qışa ehtiyyat üçün. Bu yenə qiyməti saxlamağa kömək olur.

"O qədər soğan gördüm ki 10 Azərbaycana bəs edər"

Bu il soğan çox əkilib. Mən dünən Ağdam Ağcəbədi zonasında oldum. Orda o qədər o qədər soğan var ki, 10 Azərbaycanı görər.

"Soğan xərcli təsərrüfatdı"

Elmar Qasımovun sözlərinə görə, soğan sahəsi böyük xərc tələb edir. Belə ki, o min manat damlamaya, 4200 manat məhsulun becərilməsinə, hər hektradan yığılan məhsula isə 1500 manat pul sərf etdiyini bildirdi.
"Soğan xərcli təsərrüfatdı. Mən 25 manat iki ayda fəhləyə əməkhaqqı vermişəm. 34 kiloluq kisənin biri 1 manata yığılır. Fəhləyə gündəlik 3 manat yol pulu verilir. Onların briqadirinə gündəlik 20 manat pul verilir.Bunlar hamısı xərcdir. Bunun günün istisində 37-40 dərəcə isti olur əziyyətli işdi. Soğan elə şeydir ki, yerə düşəndən uşaq kimi nazıyla oynamalısan. Bu dəqiqə mən hektara 13 kamaz peyin verirəm. Bu kamazı 50 manata alıram 20 manat da aqreqat sahəyə səpir. Min manata yaxın elə gübrəyə pul gedir. Biri var kübrə verəsən biri var peyin verəsən. Dərmanları hamısı xaricdən gəlir bahadır. Toxumlar da xaricdən gəlir bahadır. Toxumları ona görə xaricdən gəitirik onlar daha dözümlü olur . Türkiyədən NTN , mergi və digər növ soğan toxumları gətiririk" - deyə Elmar Qasımov qeyd edib.

Mənfəət

Təsərrüfat sahibinin sözlərinə görə, normalda bir hektardan 5 min manat mənfəət götürmək olur. Bu mənfəət məhsulun xarici bazara satılmasında da eynidir. Sadəcə bu zaman məhsul sahədə qalıb xarab olmur.

Elmar Qasımovun sözlərinə görə, əsas qazanc əldə edənlər məhsulu onlardan alıb Bakıya satmağa aparanlardır.
"Biz bir il əziyyət çəkirik əkib becəriirik onlar isə bizdən 30 qəpiyə bəzən də elə olur ki, hətta 15 qəpiyə alıb aparıb üstünə də 15 qəpik də pul qoyub satırlar. Mən 30 qəpiyə soğan satıramsa bunun 10 qəpiyi mənim xeyrim 20 qəpiyi isə xərcimdir.Onlar hazır məhsula şərikdirlər. Sahədə 50 nəfər işlədirəm hər gün onların əməkhaqqını verməliyən digər işlərə nəzərt etməliyəm. Bütün bu işlərə gğrə məhsulu özüm bazara çıxara bilmirəm" deyə Elmar Qasımov söyləyib.

"Soğanın xaricə çıxarılmasına 2 dollar rüsum qoydular"

Ən azı 30 qəpikdən verməliyik ki, biz soğanı əkək. Aprel ayında fərman verildi yolları bağladırlar . Soğanın ölkədən xaricə çıxamsı üçün hər kq 2 dollar rüsum qoydular. Bizdə etiraz etdik. Nazirlik sağolsun prezidentə çatdırdı şikayətimizi yolları açdırlar bizim məhsulumuz xarici bazarlara çıxdı. O məsələ çıxan kimi hamı başladı məhsulunu göy-göy yığmağa. Misal üçün yığmalı idi 40 ton yığdı 1 ton. Oan görə də soğanın qiyməti də düşdü 15 qəpiyə. Hamı çalışdı ki tez satsın. Ona gör biz yığışıb şikayət etdik. Məsələ öz həllini tapdı. Bundan sonra hamı yığımı dayandırdı. 300 tonda yerli bazara satdıq. Bu dəqiqə xaricdə də maraqlanırlar ki, Azərbaycan da misal üçün soğanın kilosu 30 qəpikdi gəlib alırlar əgər biz onlar üçün qiyməti artırsaq onlar gəlməzlər.

"Sovetin vaxtında soğanı 2 dollara satırdıq"

Soğanı 30-50 qəpiyə satırıq deyirlər ki, bahadır. Amma soğan baha deyil. Mən sovet vaxtında təsərrüfat briqadiri işləmişəm. Kolxozda rəhbər vəzifədə çalışmışam. O dövrlər bir dollar 51 qəpik idi. O vaxt soğanı 1 manata bəzən isə manat yarıma satırdıq . Onda soğan 2 dollara başa gəlirdi. Soğan baha başa gələn şeydi. Soğan əkənlərin çoxu bankdan kredit götürür o da qazancı olmayanda ziyan edir. 3 dənə hell alıb içib atırlar amma o pula soğan alanda nə qədər müddət evdə qalır və faydalı olur deyə - Elmar Qasımov bildirdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3707   Tarix: 13 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021