Hər il azı 1,4 milyard turist başqa ölkəyə səfər edir

Hər il azı 1,4 milyard turist başqa ölkəyə səfər edirŞəhərlərin qədim mərkəzi və tarixi məhəllələri ilə hərəkət edən insan kütlələri, şəhərlərin əsas hərəkət yollarında tıxac yaradan səyahət avtobusları, bələdiyyələrə gecələmə üçün rüsum ödəməyən, lakin ətraf mühitə ağır zərbə vuran okean laynerləri, turistlərlə dolu dəniz çimərlikləri və tarixi abidələr qarşısında gözləmə sıraları hər ilin yay aylarında turizm mövsümünün tanış mənzərələridir. Kütləvi turist səfərləri ətraf mühitə böyük zərbə olsa da, dünya üzrə turistlərin sayı ildən ilə artmaqdadır.

2017-ci ildə dünyada azı 1,4 milyard insan turist kimi səyahətə çıxıb. Ümumdünya Turizm Təşkilatının (UNTWO) verdiyi məlumata görə, bu göstərici 2016-cı illə müqayisədə altı faiz artım deməkdir. Buraya həm fərdi, həm biznes səfərləri, eləcə də bir şəxsin il ərzində keçirdiyi bütün səfərlər daxildir.

Dünyanın ən çox səfər edilən beş turizm istiqamətindən üçü Avropada yerləşir. 90 milyon turistlə Fransa bu siyahıya başçılıq edir, sonrakı yerlərdə İspaniya (82 milyon), ABŞ (77 milyon), Çin (61 milyon) və İtaliya (58 milyon) gəlir. Araşdırmalara görə, turistlər son dövrlərdə indiyədək maraqlı olmayan istiqamətləri də kəşf etməkdədirlər. Belə ki, Yaxın Şərq, Şimali Afrika və Cənubi Saxara regionları yeni trendlər sırasındadır.

Beynəlxalq qurumun məlumatına görə, 1970-ci ildə beynəlxalq turistlərin sayı 166 milyon nəfər idisə, 2017-ci ildə təkcə Çindən xaricə səfər edən turistlərin sayı 143 milyon nəfər olub. Sonrakı yerdə 92 milyonla almanlar, 88 milyonla amerikanlar dayanır.

Turistlərlə yüklənmə hazırda bir çox şəhər və regionlarda ciddi problemə çevrilib. Barselonadan Venesiyaya kimi bir çox şəhərlər həddən ziyadə turizmə (overtourism) qarşı müxtəlif tədbirlər görür, əlavə vergi, məhdudiyyət və tarixi ərazilərə girişi qadağan etməklə turist axınını nizamlamağa çalışır. Turistlərin çoxluğu şəhərlərdə kirayə qiymətlərinin qalxması, mərkəzi küçələrdə sıxlıq və səs-küy, həmçinin yerli sakinləri narahat edir. Qlobal mobilliyin getdikcə artması, rəqəmsal xidmətlər və rəqabətin xüsusilə endirimli təkliflərə yol açması turist axınının gələcəkdə də davam edəcəyinə dəlalət edir.

/Azərtac/

Sosial   Baxılıb: 1186   Tarix: 15 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Qarpız-yemiş niyə bahadır? - VİDEO

Bostanlarda 25 qəpikdən təklif edilən qarpızın 1 kiloqramı satış məntəqələrində iki dəfə baha satılır.. . Qarpız mövsümünün hazırki ən qızğın vaxtında bu məhsulun bir kilosu 40-50 qəpikdən satılır.. . Satıcılar hesab edir ki, bu ötən ilin qiymətləri ilə müqayisədə 20-30 qəpik daha ucuzdur. Lakin alıcıla

14 iyul 2019

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA - VİDEO

Dünəndən başayaraq bu gün də küləkli, qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə intensiv leysanla müşahidə olunub. Ən çox yağıntı Böyük Qafqazda-Balakən, Zaqatala, Qax və Şəkidə qeydə alınıb.. . Sonxeber.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, hidrometeoroloqlar isti havaların yenidə

14 iyul 2019

Azərbaycanda çayların suyunun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi açıqlanıb.. . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 140 faizini, Kiçik Qafqazı

14 iyul 2019

Əlillərə qulluq edən şəxslərə təqaüd necə ödəniləcək? - QAYDA

Nazirlər Kabineti "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi Qaydası"nı təsdiq edib.. . Qaydaya əsasən, təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüquq

14 iyul 2019

Bu ərazilərə yağış və dolu düşəcək - HƏFTƏNİN İLK GÜNÜNDƏ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.. . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləy

14 iyul 2019

Bakıda parklanma qiymətlərinə yenidən baxılacaq - VİDEO

Paytaxt Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması, sıxlığın azaldılması, eləcə də parklanmanın düzgün idarə edilməsi istiqamətində işlər sürətləndirilir.. . Sonxeber.az "Xezerxeber"ə istinadən xəbər verir ki, bu məqsədlə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əvvəllə

14 iyul 2019

Təzəcə məzun olan baba: Auditoriyada bir ay qaldım

Azərbaycan Dövlət İqtisad Universitetinin 100 illiyi ərəfəsində bu təhsil ocağından ilk dəfə 52 yaşlı tələbə məzun olub. Söhbət Qəbələ rayonunun Soltannuxa kənd sakini İqrar Sədr oğlu Əhmədovdan gedir. O, 1968-ci ildə keçmiş Qutqaşen, indiki Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Əhmədo

14 iyul 2019

BNA HƏRƏKƏTƏ KEÇDİ

"247 məntəqədə yeni taksi duracaqlarının yaradılması planlaşdırılır".. . . Sonxeber.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib. M.Ağayev qeyd edib ki, taksi duracaqlarının yaradılması qurumun diqqətində ola

14 iyul 2019

Bu gün rəhbər vəzifələrdə çalışmaq istəyənlər imtahan verir

Bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək.. . Sonxeber.az xəbər verir ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçirilir və saat 11:00-da başlayacaq.

14 iyul 2019