"MilliÖn" yeni pulları niyə "tanımır"? - AÇIQLAMA

"MilliÖn" yeni pulları niyə "tanımır"? - AÇIQLAMAMüxtəlif məsələlərlə hər zaman müzakirə obyektinə çevrilən "MilliÖn" terminallarında yenidən problem yaranıb.

Bu sistem yeni 10 manatlıq əsginasları qəbul etmir.

Mövcud vəziyyətdən şikayətçi olan insanlar sosial şəbəkələrdə bu barədə paylaşımlar edib.

Bəs görəsən, əslində, bütün bu problemlərə səbəb nədir? Nə üçün sistemdə əməliyyatlar gec yerinə yetirilir? Terminallar yeni əsginasları nə üçün qəbul etmir?

Vətəndaşların sosial şəbəkələrdə paylaşdığı və Oxu.Az-a ünvanlandığı narazılıqlara "MilliÖn" xidmətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva aydınlıq gətirib.

O bildirib ki, yeni əskinasların qəbulu ilə bağlı mövcud problem yaxın zamanda aradan qaldırılacaq:

"Hazırda bəzi "MilliÖn" terminallarında bu problem aradan qaldırılıb. Problemin səbəbi dövriyyəyə buraxılan yeni 10 manatlıq əsginaslarla bağlıdır. Yeni pullar hələlik sistem tərəfindən tanınmır. Biz bunu kütləvi olaraq tətbiq edə bilmədiyimiz üçün sınaq kimi yoxlanıldıqdan sonra mərhələli şəkildə bütün terminalların sisteminə tətbiq ediləcək.

Hazırda bəzi terminallarda, xüsusilə Nəriman Nərimanov prospekti yaxınlığında, Altıncı paralel küçəsi boyu, "MilliÖn"ün xidmət mərkəzində çöldə və içəridə yerləşdirilən terminallarda yeni əsginasların yüklənməsi mümkündür.

Əgər sınaqlar uğurla tamamlanarsa, qısa müddət sonra respublika ərazisindəki digər terminallarda da tətbiq ediləcək. Sonradan heç bir əlavə problemin yaşanmaması üçün işimizə məsuliyyətlə yanaşırıq".

Ü.Əfəndiyeva terminallarda müşahidə olunan əməliyyatların gecikməsi ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, bütün əməliyyatlarda gecikmələrin yaşanması mümkünsüzdür:

"Düşünürəm ki, vətəndaşlar karta bağlı edilən ödənişlərdə bu cür gecikmələrlə rastlaşıb. Bunun da səbəbi gecikmə yox, sistemin kartı oxuması, onu analiz etməsidir. Terminalın kart oxuyucusu kartı tanıyana ("Smartcard", nəqliyyat kartı) qədər bəzən vətəndaşlar kartı yerindən oynadır.

Bu, düzgün deyil. Çünki belə olanda sistem tanımanı yenidən başladır, bu isə dediyiniz gecikməyə səbəb ola bilər". (oxu)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 671   Tarix: 15 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

"Bakı Şampan Şərabları" ASC-nin direktoru CƏRİMƏLƏNDİ

Vergilər Nazirliyi "Bakı Şampan Şərabları" ASC-nin direktoru Saib Cabir oğlu Cəfərov barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazıb.. . Sonxeber.az "report"a istinadən xəbər verir ki, S.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib.. . Həmi

15 iyul 2019

Hökumət qazla bağlı qərar verdi: Rüsum LƏĞV EDİLDİ

Təmizliyi 99 %-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.. . Sonxeber.az apa-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxa

14 iyul 2019

"Soğanın qiyməti bundan aşağı olanda - BİZƏ SƏRFƏLİ OLMUR - FERMERDƏN AÇIQLAMA

Bu il Bərdənin soğan əkini sahələrində fermerlərdən soğanın kiloqramı 30 qəpikdən alınıb. Fermerlər bildirir ki, qiymətlərin bundan aşağı olması onlar üçün sərfəli deyil.. . Sonxeber.az fed.az-a istinadən bildirir ki, fermer Elmar Qasımovundediyinə görə, bu il 11 hektar sahədən 600 ton soğan yığıb. Onu

13 iyul 2019

Bu quruma yeni SƏLAHİYYƏT verildi

Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılacaq.. . Sonxeber.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası"nda dəyişikli

13 iyul 2019

Maliyyə Nazirliyindən büdcə AÇIQLAMASI - Xərclər 215 milyon manat artırılır

Milli Məclisin dünən, iyulun 12-də keçirilmiş iclasında 2019-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.. . Müvafiq qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunmuşdu.. . "Dəyişiklik nəticəsind

13 iyul 2019

Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin son qiyməti 68,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.. . Sonxeber.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur

13 iyul 2019

Gələn həftə üçün MƏZƏNNƏ: Dollar...

İyulun 15-nə manatın məzənnəsi açıqlanıb.. . Mərkəzi Bankdan Sonxeber.az-a verilən məlumata görə, 15.07.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.. . Qeyd edək ki, 2019-cu il iyulun 12-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşki

12 iyul 2019

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətləri

12 iyul 2019

Azərbaycan neftinin BAHALAŞDI: QİYMƏTİ...

Azərbaycan neftinin son qiyməti 68,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,33 dollar/barel çoxdur.. . Sonxeber.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,33 dollar/barel çoxdur

12 iyul 2019