Deputatı ailəsi ilə birlikdə yox edən "Şişkan" xüsusi əməliyyatla HƏBS OLUNDU

Deputatı ailəsi ilə birlikdə yox edən "Şişkan" xüsusi əməliyyatla HƏBS OLUNDUNüfuzlu slavyan "qanuni oğru"larından hesab edilən 54 yaşlı Oleq Şişkanov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Sonxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, avtoritet ötən gecə Moskva vilayətinin Ramensk rayonun Popovka kəndində - özünəməxsus evdə saxlanılıb.

Kriminal aləmdə "Şişkan" ləqəbi ilə məşhur olan O.Şişkanov sonuncu dəfə hüquq-mühafizə orqanları tərəfindən 23 il öncə həbs edilib. O, cəmisi bircə dəfə türmə həyatı yaşayıb. 1980-cı illərdə qəsdən adam öldürdüyünə görə 10 il azadlıqdan məhrum edilən O.Şişkanova qanuni oğru titulu 1992-ci ildə verilib.

Rusiya hüquq-mühafizə orqanları "Şişkan"ı Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində ittiham edirlər. Yeddi il əvvəl - 21 fevral 2012-ci ildə T.Sidorova Ramensk rayonunda keçirilən vacib müşavirəyə qatılmayıb. Rayon administrasiyası tərəfindən onun yaşadığı Malaxovo kəndinə sürücü göndərilib. T.Sidorovanın evində sürücünün üzünə qapı açan olmayıb. Həyətdəki qan izlərini görən sürücü dərhal bu barədə polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən qapı sındırılıb. Həyətdə olduğu kimi mənzildə də qan izləri aşkarlanıb. Evdəki əşyalar ətrafa səpələnib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 126-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Deputat Sidorovanın və ailə üzvlərinin cəsədi bu günə kimi də tapılmayıb. O vaxt 52 yaşlı Tatyana Sidorova ilə yanaşı onun 73 yaşlı əri Vladimir də yoxa çıxıb. Həmçinin, deputatın 64 yaşlı bacısı və 28 yaşlı oğlu müəmmalı şəkildə yoxa çıxıb. Deputatın qətlini onun kommersiya fəaliyyəti ilə bağlayanlar olsa da, bəzi mənbələrdə Sidorovanın külli miqdarda borcu olduğu da bildirilirdi.

"Yoxa çıxan" deputat "Şişkan"ın işgüzar tərəfdaşı olub. O, 90-cı illərin sonlarından etibarən Ramensk rayonundakı sovxozlardan birinə rəhbərlik edib. Həmin ərəfələrdə Şişkanovla tanış olub. Şişkanov ona sovxoz direktoru vəzifəsinə yüksəlməyə köməklik edib. Onun rəhbərliyi altında "Ramensk Plemzavod" kənd təsərrüfatı müəssisəsi yaradılıb. Sovxozun 200-dən çox keçmiş əməkdaşı və payçılar Sidorovanın mühakimə olunmağına cəhd göstərsələr də nəticəsi olmayıb.

"Bütün bu aktivlər əslində "Şişkan"ın nəzarətində olub. Çünki o, Tatyanın gizli şəriki idi"- vəziyyətə yaxından tanış mənbə belə deyir.

Uzun illərin əməkdaşlığına baxmayaraq "Şişkan"la deputat arasında anlaşımazlıq yaranıb. Tərəflər arasındakı bu anlaşılmazlıq və münaqişəyə gətirib çıxarıb. Müstəntiqlər belə hesab edirlər ki, "Şişkan" öz ortağı ilə hesablaşmaq qərarına gəlib. Cinayət hadisəsi isə 21 fevral 2012-ci ildə baş tutub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2010   Tarix: 15 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndi şəhərində məktəb və kollecin zirzəmilərindən silah-sursatlar tapılıb

Xankəndi şəhərində Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən

24 mart
.

Qatillərin "Crocus City Hall"dan qaçma anının görüntüləri - VİDEO

Terrorçuların "Crocus City Hall"dan qaçma anını əks etdirən yeni görüntülər yayılıb. Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də avtomobili binanın yaxınlığında saxlayıblar. Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçaraq maşına əyləşib, Bryansk rayonuna tərəf yollanıblar. Videomüşahid

24 mart
.

Samuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb

Samux rayon Ağasıbəyli kəndində 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. "Report"un Qərb bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ş.Vəliyev ehtiyatsızlıqdan qaz balonunun alışması nəticəsində əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyət

24 mart
.

Zaqatalaya 44 sm qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 sm, Şahdağda 31 sm, Qrızda 3 sm olub. Düşən yağıntını

24 mart
.

Krokusda terror aktının hazırlanması ilə bağlı TƏFƏRRÜATLAR MƏLUM OLUB: Hücumdan bir müddət əvvəl...

Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "112" Telegram kanalı yayıb. Terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi vurğulanır. "Or

24 mart
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Martın 23-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismind

24 mart
.

"Crocus"da ölənlərdən biri TANINMIŞ İMİŞ - FOTO

Martın 22-si "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı zamanı "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova həlak olub. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə " onun yaxınlarına istinadən məlumat yayıb. 42 yaşlı Novoselovanın adı Moskva vilayətini

24 mart
.

Crocus City Hall-da terror aktını törədən şəxs hücumdan bir müddət əvvəl oradakı tamaşaya qatılıb. Lent.az xəbər verir ki, bu barədə məlumatı öz mənbə

Ermənistanda "Döyüş Qardaşlığı" adlı silahlı qrup saxlanılıb. Ermənistan mətbuatının məlumatına görə, dəstə üzvləri Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar. Dəstənin 24 üzvünün saxlanıldığı və silah-sursatlarının müsadirə edildiyi vurğulanıb

24 mart
.

Qəbələdə beş otaqlı evdə yanğın olub

Qəbələdə beş otaqlı evdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 kvadratmetr olan birmərtəbəli beşotaqlı evin dörd otağının və dam örtüyünün yanar konstruksiyaları 153 kvadratmetr sahədə yanıb. Evin qala

24 mart