Xalq artistinin 20 yaşlı qızını əri döyüb öldürdü - 20 gün idi ana olmuşdu...Övladı QƏTLƏ YETİRİLƏN məşhurlarımız
Övladı qətlə yetirilən, bu cür acını yaşayan çoxlu sayda məşhurlar var. Onlardan bir neçəsini təqdim edirik.
Daha bir övlad acısının dəhşətini yaşayan mərhum xalq artisti Nuriyyə Əhmədovadır. Belə ki, onun 20 yaşlı qızı İlahə 1996-cı ildə psixi xəstə olan əri tərəfindən öldürülüb. Aktrisanın qızı öldürülən zaman 20 günlük ana olub və anasının gözü qarşısında qətlə yetirilib, elə onun qucağındaca can verib.
Mərhum Nuriyyə Əhmədova müsahibələrinin birində hadisəni bu cür xatırlayıb: "Oğlan Aviasiyada oxuyurdu, vermək istəmirdik. Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır, anasız oğlandır, ona getməsəm, özünü öldürəcək. Götürdü qaçırdı balamızı. Əlac kəsildi, toyunu elədik. Qız hamilə olanda, uşaq təzə olanda bizimlə qalırdılar. Səhər tez durub öz balam kimi qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən demə, oğlan psixi xəstə imiş, anası nə qədər ki, sağ imiş, bunu vaxtlı-vaxtında müalicə etdirirmiş. Ana rəhmətə gedəndən sonra ata boş buraxıb, müalicə etdirməyib. Qızın da bundan xəbəri yox. Bizə də məhkəmə prosesində dedilər. Tutmasının vaxtı gəlib, qızımızı bədbəxt elədi..."
Məşhur diktorlar Roza Tağıyeva və Rafiq Hüseynovun ailəsində baş verən övlad faciəsi isə zamanında hər kəsi dəhşətə gətirib. Məlumata görə, cütlüyün Rövşən adlı oğlunu kimlərsə doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını isə çemodana yığılıblar.
Qeyd edək ki, Rövşən Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi imiş. Dəhşətli hadisənin hansı səbəbdən törədilməsi bu günə qədər də sirr olaraq qalır. Faciədən bir müddət sonra məşhur cütlük ayrılmaq qərarına gəliblər.
Görkəmli aktyor Həsənağa Turabov da övlad acısı yaşamış sənətkarlardan biridir. Onun böyük oğlu Daşqın Turabov aktyorluq fakültəsini bitirsə də, sonradan əlavə təhsil alaraq polisdə işləməyə başlayıb. Təyinatla Siyəzənə göndərilən D.Turabov orada balıq mafiyasını zərərsizləşdirərkən gülləyə tuş gəlib və yerindəcə dünyasını dəyişib.
Həyatın heç bir çətinliyi qarşısında əyilməyən Həsənağa Turabov oğlunun faciəvi ölümündən sonra sağlamlığında kəskin problemlər yaşamağa başlayıb və uzun sürən xəstəlikdən sonra 2003-cü ildə dünyasını dəyişib.
Xalq şairi Fikrət Qocanın 57 yaşlı oğlu Yalçın Qocayev döyülərək öldürülüb. (Musavat.com)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 12705 Tarix: 16 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda FACİƏ: Ata və 6 yaşlı qızı Kür çayında batdı
Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb. -a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisind
12 aprelAzərbaycanda futbol klubunun prezidenti SAXLANILDI
Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. -ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır. Klubun mətbuat katibi Mübariz Süleymanlının -a verdiyi məlumata görə, hüquq-mühafiz
11 aprelXankəndi şəhərində silah-sursat aşkarlanıb
Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən -a məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən doqquz ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, dörd qumbara, bir fişən
13 aprelGəncə şəhərində ev yanb
Gəncə şəhərinin Məhsəti qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 163 kvadratmetr olan evin 68 kvadratmetri yanıb. Əraziyə dərhal FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğı
14 aprelAzərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb
Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar. Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçini
11 aprelÖtən gün sərhəddə yaralanan baş leytenantın FOTOSU
Ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. "Qafqazinfo" həmin baş leytenantın fotosunu təqdim edib:
11 aprelOğuzda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a məlumat verilib. Bildirilib ki, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıblar. Onlardan narkoti
14 aprel