Heyif, onun ölümü hələ də bizi yandırır - Əməkdar artist

Heyif, onun ölümü hələ də bizi yandırır - Əməkdar artistSəhnəyə çıxanda səhnə dolurdu, elə bil aslan dayanırdı

Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərovun doğum günüdür.

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nur AzNews.az-a mərhumla bağlı xatirələrini bölüşüb:

"Allah İlham Əsgərovu səhnə üçün yaratmışdı. Görünüşü də səhnənin bütün standartlarına cavab verirdi. Səhnəyə çıxanda səhnə dolurdu, elə bil aslan dayanırdı. Onun çox sehirli gözləri vardı, savadlı idi. Öz üzərində işləyirdi. Mən onu tələbə vaxtından tanıyıram. Hər hansı bir tədbirə dəvət ediləndə mənsiz getməzdi. Teatrda çox gözəl, bir-birindən yadda qalan rollar oynadı. Azərbaycan radiosunda "Bulaq" kimi verilişin aparıcısı oldu. İlham Əsgərov ciddi adam idi. Teatrda kardinallar olub. Onlar teatrın ləyaqətini qoruyan adamlardı. Bu da onlardan biri idi. İlham şərəfli bir ömür yaşadı, kollektivin məhəbbətini qazandı. Gedişi ilə bizim hamımızı kədərə qərq elədi. Heyif, onun ölümü hələ də bizi yandırır. Görünür, Allah onun bu dünyada çox olmasını məsləhət görmədi. Bəzən deyirlər ki, Allah sevdiklərini tez aparır. Onlar səmaya layiqdir. Biz onun ölümünü eşidəndə şok yasadıq. O, ölümü ilə rollarını, teatrı, onu sevənləri yetim qoydu. Görüləsi işləri vardı. İlham tək aktyor deyildi, gözəl dost, nümunəvi ailə başçısı idi".

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov 2015-ci ildə 57 yaşında dünyasını dəyişib.
Heyif, onun ölümü hələ də bizi yandırır - Əməkdar artist


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3471   Tarix: 16 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib. Sənətkar 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub

28 mart
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

Hollivud ulduzu Alek Bolduin operatorun qətlində yenidən ittiham olundu

ABŞ-nin Nyu-Meksiko ştatında Məhkəmənin Böyük jürisi aktyor və prodüsser Alek Bolduinə qarşı ittihamları təsdiqləyib. Hollivud ulduzu 2021-ci ildə "Rust" ("Pas") filminin çəkilişi zamanı operator Qalina Hatçinsin həlak olması ilə bağlı "ehtiyatsızlıqdan adam öldürmə" maddəsind

21 yanvar
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar