Bilgəhdə faciəvi şəkildə ölən şirkət əməkdaşının meyiti TAPILDI - FOTO
Xəzər dənizində iki gün əvvəl batan 32 yaşlı kişinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.
İ.Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, İ.Rəsulzadə Müsavat Partiyasının üzvü Laləzar Məmmədlinin oğludur.
Hadisə Baxılıb: 6913 Tarix: 16 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş