Azərbaycan bazarlarında xaricdən gətirilən qarpız satılır?
Azərbaycana xarici ölkələrdən qarpız idxal edilməsi və bazarlarda satılması ilə bağlı iddiaların əsası yoxdur.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, ayrı-ayrı sahibkarlar bu ilin ilk beş ayı ərzində ölkəyə ümumilikdə 246 ton qovun və papaya idxal ediblər: "Qarpız idxalı qeyri-mövsümi dövrdə, qış aylarında, havaların soyuq olduğu aylarda həyata keçirilib. İyun və iyul aylarında ölkəyə xaricdən qarpız idxal edilməyib".
V.Hüseynov bildirib ki, paytaxt və bölgələrdə qarpızın qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə ucuzdur:
"Hazırda qarpızın sahələrdən alış qiyməti 21-25 qəpik, paytaxt və böyük şəhərlərdə pərakəndə satış qiyməti 35-45 qəpikdir. Ötən il iyul ayında qarpızın pərakəndə satış qiyməti 70-90 qəpik təşkil edirdi. Hazırda bazarlara çıxarılan qarpız istixana şəraitində yetişdirilmiş yerli məhsuldur. Açıq sahələrdən qarpızın kütləvi yığımına yaxın günlərdə başlanacaq. Buna bir müddətdir bölgələrdə davam edən yağıntılı hava şəraiti mane olur. Bazara təklifin artması ilə qiymətlərdə ucuzlaşma olacağı gözlənilir".
Nazirlik rəsmisi əlavə edib ki, 2018-ci illə müqayisədə bu il daha 300 hektar artıq sahədə qarpız əkilib, ümumilikdə qarpız sahələrinin həcmi 15 100 hektar təşkil edir: "Qarpız sahələrində orta məhsuldarlıq ötən ilə görə (158 s/ha) 2 sentner yüksəkdir və hazırda 160 s/ha təşkil edir. Bugünədək sahələrin cəmi 14,1 faizində məhsul yığılıb".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib - SİYAHI
2019-cu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən idxal olunub.. . Sonxeber.az Trend-ə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, laki
16 iyul 2019Qənd və şəkərin qiyməti kəskin düşdü - Bu ÖLKƏDƏ
Rusiyada qənd və şəkərin qiymətində kəskin düşmə müşahidə edilir.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, Şəkər İstehsalçıları Assosiasiyasının başçısı Andrey Bodin bunu normal saymır. Belə ki, məhz yay mövsümündə Rusiya bazarlarında şəkərin qiyməti əsasən baha olub.. . Onun sözlərinə görə
16 iyul 2019Azərbaycan neftinin QİYMƏTİ
Azərbaycan neftinin son qiyməti 68,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.. . Sonxeber.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.
16 iyul 2019"MilliÖn" yeni pulları niyə "tanımır"? - AÇIQLAMA
Müxtəlif məsələlərlə hər zaman müzakirə obyektinə çevrilən "MilliÖn" terminallarında yenidən problem yaranıb.. . Bu sistem yeni 10 manatlıq əsginasları qəbul etmir.. . Mövcud vəziyyətdən şikayətçi olan insanlar sosial şəbəkələrdə bu barədə paylaşımlar edib.. . Bəs görəsən, əslində, bütün b
15 iyul 2019"Bakı Şampan Şərabları" ASC-nin direktoru CƏRİMƏLƏNDİ
Vergilər Nazirliyi "Bakı Şampan Şərabları" ASC-nin direktoru Saib Cabir oğlu Cəfərov barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazıb.. . Sonxeber.az "report"a istinadən xəbər verir ki, S.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib.. . Həmi
15 iyul 2019Hökumət qazla bağlı qərar verdi: Rüsum LƏĞV EDİLDİ
Təmizliyi 99 %-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.. . Sonxeber.az apa-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxa
14 iyul 2019"Soğanın qiyməti bundan aşağı olanda - BİZƏ SƏRFƏLİ OLMUR - FERMERDƏN AÇIQLAMA
Bu il Bərdənin soğan əkini sahələrində fermerlərdən soğanın kiloqramı 30 qəpikdən alınıb. Fermerlər bildirir ki, qiymətlərin bundan aşağı olması onlar üçün sərfəli deyil.. . Sonxeber.az fed.az-a istinadən bildirir ki, fermer Elmar Qasımovundediyinə görə, bu il 11 hektar sahədən 600 ton soğan yığıb. Onu
13 iyul 2019Bu quruma yeni SƏLAHİYYƏT verildi
Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılacaq.. . Sonxeber.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası"nda dəyişikli
13 iyul 2019Maliyyə Nazirliyindən büdcə AÇIQLAMASI - Xərclər 215 milyon manat artırılır
Milli Məclisin dünən, iyulun 12-də keçirilmiş iclasında 2019-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.. . Müvafiq qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunmuşdu.. . "Dəyişiklik nəticəsind
13 iyul 2019