Pomidorun ucuzlaşacaq

Pomidorun ucuzlaşacaqYaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Son bir həftə ərzində pomidorun qiymətinin təxminən 25-30 faiz bahalaşdığını deyən ekspert bunun əsas səbəbini sahə pomidorlarının bazara gec çıxarılması ilə izah edib.

Onun sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olub:

"Yığımın ləngiməsi məhsulun satışa çıxarılmasını da ləngidir. Bütün bu səbəblər bazarda təklifin azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub. Yaxın zamanda sahə pomidorlarının bazara çıxarılacağını və təklifin artacağını gözləyirik. Oxşar vəziyyət 2017-ci ildə müşahidə edilmişdi. Həmin ildə də qiymətlər bahalaşmışdı, daha sonra sahə pomidorlarının bazara çıxarılması ucuzlaşmaya səbəb olmuşdu. Bu baxımdan güman edirik ki, yaxın günlərdə qiymətlərdə 20 faizə yaxın azalmanın olacağı gözlənilir. Azalma, eyni zamanda sahə pomidorlarının bazara nə qədər çıxarılacağından asılıdır. Daha çox sahə pomidorunun bazara çıxarılması qiymətlərin enməsinə daha çox təsir edə bilər".

V.Bayramov Azərbaycanda sahə pomidorlarının daha Xaçmaz, Tovuz, Qazaxda rayonlarında yetişdirildiyini də nəzərə çatdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1162   Tarix: 16 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan bazarlarında xaricdən gətirilən qarpız satılır?

Azərbaycana xarici ölkələrdən qarpız idxal edilməsi və bazarlarda satılması ilə bağlı iddiaların əsası yoxdur.. . Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.. . Onun sözlərin

16 iyul 2019

Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib - SİYAHI

2019-cu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən idxal olunub.. . Sonxeber.az Trend-ə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, laki

16 iyul 2019

Qənd və şəkərin qiyməti kəskin düşdü - Bu ÖLKƏDƏ

Rusiyada qənd və şəkərin qiymətində kəskin düşmə müşahidə edilir.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, Şəkər İstehsalçıları Assosiasiyasının başçısı Andrey Bodin bunu normal saymır. Belə ki, məhz yay mövsümündə Rusiya bazarlarında şəkərin qiyməti əsasən baha olub.. . Onun sözlərinə görə

16 iyul 2019

Azərbaycan neftinin QİYMƏTİ

Azərbaycan neftinin son qiyməti 68,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır.. . Sonxeber.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.

16 iyul 2019

"MilliÖn" yeni pulları niyə "tanımır"? - AÇIQLAMA

Müxtəlif məsələlərlə hər zaman müzakirə obyektinə çevrilən "MilliÖn" terminallarında yenidən problem yaranıb.. . Bu sistem yeni 10 manatlıq əsginasları qəbul etmir.. . Mövcud vəziyyətdən şikayətçi olan insanlar sosial şəbəkələrdə bu barədə paylaşımlar edib.. . Bəs görəsən, əslində, bütün b

15 iyul 2019

"Bakı Şampan Şərabları" ASC-nin direktoru CƏRİMƏLƏNDİ

Vergilər Nazirliyi "Bakı Şampan Şərabları" ASC-nin direktoru Saib Cabir oğlu Cəfərov barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazıb.. . Sonxeber.az "report"a istinadən xəbər verir ki, S.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib.. . Həmi

15 iyul 2019

Hökumət qazla bağlı qərar verdi: Rüsum LƏĞV EDİLDİ

Təmizliyi 99 %-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.. . Sonxeber.az apa-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxa

14 iyul 2019

"Soğanın qiyməti bundan aşağı olanda - BİZƏ SƏRFƏLİ OLMUR - FERMERDƏN AÇIQLAMA

Bu il Bərdənin soğan əkini sahələrində fermerlərdən soğanın kiloqramı 30 qəpikdən alınıb. Fermerlər bildirir ki, qiymətlərin bundan aşağı olması onlar üçün sərfəli deyil.. . Sonxeber.az fed.az-a istinadən bildirir ki, fermer Elmar Qasımovundediyinə görə, bu il 11 hektar sahədən 600 ton soğan yığıb. Onu

13 iyul 2019

Bu quruma yeni SƏLAHİYYƏT verildi

Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılacaq.. . Sonxeber.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası"nda dəyişikli

13 iyul 2019