"Sevgilisi"ni intim video ilə şantaj edən qadınla bağlı - QƏRAR

"Sevgilisi"ni intim video ilə şantaj edən qadınla bağlı - QƏRARAzərbaycanda ailəli kişini şantaj etməkdə, onu özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Samirə Babayevanın barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Şamaxı rayon Məhkəməsinin bu qərarından Samirə Babayeva narazı qalıb. O, həmin məhkəməyə barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz olunması barədə ərizə verib.

Hakim ərizəni təmin etməyib.

Bu qərardan narazı qalan Samirə Babayeva apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Samirə Babayevanın şikayəti təmin olunmayıb.

Samirə Babayeva (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) 2017-ci ilin yay aylarında Sadiq Ağayevlə tanış olub və onların arasında yaxın münasibət yaranıb. Birgə olduqları 4 ay müddətində Samirə Babayeva Sadiq Ağayevin "Facebook" və "WhatsApp"ının parollarını ələ keçirib.

O, həmin sosial şəbəkə profillərinin kodlarını yenisi ilə əvəz edib. Sonra Sadiq Ağayevin özünə və ailə üzvlərinə məxsus məlumatları, fotoşəkilləri əldə edib, habelə qeyri-təbii yolla cinsi əlaqədə olduqları anın video görüntülərinin əlində olması ilə Sadiq Aöayevi hədələyib.

Samirə Babayeva 2017-ci ilin dekabrın son günlərindən 2018-ci ilin martın 27-dək olan müddət ərzində Sadiq Ağayevlə amansız rəftar edib. Birlikdə çəkilmiş fotoşəkillərini həmin "Facebook" səhifəsinin profilində paylaşıb.

Sadiq Ağayevin ailə münasibətlərinin pozulmasına səbəb ola biləcək məzmunda onun arvadı Ləman Ağayevaya "WhatsApp" sosial şəbəkəsi vasitəsilə mesajlar yazıb.

Samirə Babayeva Sadiq Ağayevin arvadına və övladlarına məxsus fotoşəkilləri dostlarına göstərib, mütəmadi olaraq onun ləyaqətini alçaldıb.

Həmçinin, mənəviyyatdan və insanlıqdan kənar hərəkətlər edib, ailəsini, övladlarını və valideynlərini ataraq onunla birlikdə yaşamasını tələb edib. O, əks təqdirdə əldə etdiyi digər fotoşəkilləri və qeyri-təbii yolla cinsi əlaqədə olmalarını əks etdirən video-görüntüləri sosial şəbəkələr vasitəsilə yayıb, onu rüsvay edəcəyi ilə hədələyib.

Belə hərəkətləri ilə Samirə Babayeva Sadiq Ağayevə hədə-qorxu gəlib, arvadına "Sadiq ya mənim olacaq, ya da qara torpağın" məzmunlu mesajlar yazıb.

Belə ki, eyni hədələrlə Sadiq Ağayevdən ayrı-ayrı vaxtlarda ümumilikdə 15000 manat məbləğində pul alsa da, yenə də hədə-qorxu gəlib.

Nəticədə Sadiq Ağayev 27 mart 2018-ci il tarixdə, gecə saat 02 radələrində müvəqqəti olaraq yaşadığı əmisi Faiq Ağayevə məxsus Şamaxı şəhərində olan evin eyvan hissəsində özünü asaraq öldürüb.

Bundan əlavə, Samirə Babayeva 2018-ci ilin təxminən fevral-mart aylarında Bakı şəhəri ərazisində Sadiq Ağayevə məxsus "TOYOTA L AND CRUİSER" markalı avtomobilin salonunda sağ tərəfdə yerləşən saxlanc yerindən (bardaçok) onun 550 manat dəyərində 2015-ci il model, "Samsung A5" markalı mobil telefonunu 15 manat dəyərində sim kartla birlikdə oğurlayıb.

Bu oğurluq yolu ilə o, Sadiq Ağayevə məxsus telefonun yaddaşından fotoşəkilləri, video-görüntüləri və digər məlumatları əldə edib.

Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən dəyənək tipli predmeti qanunsuz olaraq əldə edib, üzərində gəzdirib. Nəsimi rayonu, Tbilisi prospekti 1058, ev 34, mənzil 40 ünvanında aparılan axtarış zamanı evin yataq otağında olan dolabın daxilindən qeyd olunan dəyənək aşkar olunmaqla götürülüb.

Bundan əlavə, Samirə Babayeva 2014-cü ilin avqust ayından etibarən Bakı şəhəri ərazisində Aydan Məmmədovanın müxtəlif iaşə obyektlərində şəxsiyyətləri istintaqa məlum olmayan ayrı-ayrı kişilərlə ödəniləcək pulun məbləği barədə razılaşmaqla cinsi əlaqəyə girməsinə şərait yaradıb.

Samirə Babayeva həmin hərəkətlərə Aydan Məmmədovanı təhrik etməklə gəlir əldə edib, sonuncunu fahişəliyə cəlb edib.

İstintaq orqanı tərəfindən Samirə Babayevanın barəsində 125-ci (özünü öldürmə həddinə çatdırma), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Şamaxı rayon Məhkəməsinin qərarı ilə Samirə Babayevanın barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Şamaxı rayon Prokurorluğunda istintaq davam edir. (teleqraf)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1619   Tarix: 17 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel