Naxçıvana uçan təyyarədə PROBLEM: Quşla toqquşdu və...
Bakı-Naxçıvan təyyarəsi havaya qalxarkən problem yaranıb.
Təyyarə havaya qalxarkən quş sürüsü ilə toqquşub.
Hadisə nəticəsində təyyarə təcili eniş etməyə məcbur olub.
Məsələ ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə əlaqə saxladıq.
Qurumun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirdi ki, bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən "Azərbaycan Hava Yolları"na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.
"Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib", - deyə bildirib.
Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 4178 Tarix: 17 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşZaqatalaya 44 sm qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 sm, Şahdağda 31 sm, Qrızda 3 sm olub. Düşən yağıntını
24 martSamuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb
Samux rayon Ağasıbəyli kəndində 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. "Report"un Qərb bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ş.Vəliyev ehtiyatsızlıqdan qaz balonunun alışması nəticəsində əllərindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyət
24 martXəzər dənizində zəlzələ olub - VİDEO
Xəzər dənizində zəlzələ olub. Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələ üç maqnitudada olub. Zəlzələnin ocağı 28 kilometr dərinlikd
24 martGöytəpə su anbarı 10 ildən sonra ilk dəfə tam dolub
Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam su ilə dolub. Rayon sakinlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb. Onların bildirdiyinə görə, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ild
24 martŞüvəlanda əl qumbaraları və partladıcılar aşkarlanıb
Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində əl qumbaraları və partladıcılar aşkarlanıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrup
25 martAzərbaycanda ZƏLZƏLƏ OLDU
Siyəzəndə 3 bal gücündə zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 28 kilometr dərinlikd
24 mart