Bakıda məşhur ticarət mərkəzində ŞOK HADİSƏ

Bakıda məşhur ticarət mərkəzində ŞOK HADİSƏSədərəkdə Meyvəli bazarında kütləvi zəhərlənmə olub.

Sonxeber.az lent.az -a istinadən bildirir ki, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub:

"Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) götürüblər. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də KTM-ə gətiriblər. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır".

Hadisə   Baxılıb: 6791   Tarix: 17 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR