Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?

Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?Son vaxtlar ölkədə tərəvəz məhsullarının qiymətlərinin artımı müşahidə olunur. Pomidor isə digərləri ilə müqayisədə xeyli bahalaşıb. Belə ki, hazırda paytaxt bazarlarında və marketlərdə pomidorun bir kiloqramının qiyməti iki manata qədər yüksəlib. Bu, əvvəlki illərlə müqayisədə də xeyli bahadır. Hətta rayonlarda pomidorun bir kiloqramının qiyməti 1,50 manat təşkil edir. Təbii ki, bu da alıcıların narazılığına səbəb olur.

Bəs, görəsən, pomidorun qiyməti nə zaman aşağı düşəcək, ümumiyyətlə, gözlənilirmi?

İqtisadçı ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, yaxın bir həftə ərzində pomidorlar sahədən yığılaraq bazarlara çıxarılarsa, qiymətlərin azalması müşahidə edilə bilər:

"Kənd Təsərrüfatı Nazirliyi çalışmalıdır ki, sahədən yığılan pomidorların bazara satışını təmin etsin. Çünki qiymət artımı sahə pomidorlarının bazara çıxarılmasının yubanması ilə bağlıdır. Nəzərə almalıyıq ki, istixana pomidorlarının bazara çıxarılması mərhələsi başa çatmaq üzrədir.

Adətən, bu prosesdən sonra növbəti mərhələdə sahə pomidorları bazara çıxarılır və bununla da bazarda pomidorların aşağı qiymətə satışı təmin edilir. Bu da qiymətin stabil qalmasına səbəb olur. İstixana pomidorlarının bazara çıxarılması yekunlaşmaq üzrə olsa da, əvvəlki illərlə müqayisədə yubanmalar var. Bunun səbəbi isə daha çox hava şəraiti ilə bağlıdır. Bu baxımdan bazarda təklif azalıb və qıtlıq yaranıb. Təklifin azalması isə qiymətlərin artmasına gətirib çıxarıb. Çünki sahədə yetişdirilən pomidorların həcmi hələlik azdır. Bu da qiymətlərə təsir edir".

Ekspert xatırladıb ki, 2017-ci ildə də oxşar hal baş vermişdi. Həmin vaxt istixana və sahə pomidorlarının bazara çıxarılması arasında bir interval var idi:

"Böyük fərq yaranmışdı. Amma sonradan sahə pomidorlarının bazara çıxarılması qiymətlərin yenidən azalmasına səbəb olmuşdu. Bu baxımdan indi də eyni hal baş verə bilər. Güman olunur ki, yaxın günlərdə, böyük ehtimalla gələn həftədən etibarən sahə pomidorlarının bazara çıxarılması təmin oluna bilər. Bu zaman qiymətlərin azalması müşahidə olunacaq. Təklifin artması qiymətlərə təsir edəcək".

V.Bayramov onu da qeyd edib ki, qiymətlərin dəyişməsi birbaşa, xüsusən də Xaçmaz, Tovuz və Qazax rayonlarındakı sahələrdə yetişdirilən pomidorların nə zaman bazara çıxarılıb satılmasından asılı olacaq:

"Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları sahədə yetişdirilən pomidorların daha qısa zamanda bazara çıxışını təmin etməlidir. Əsasən də nəqliyyat xidmətini və paytaxtdakı fermer bazarlarına çıxış imkanlarının artırılmasını təmin etməlidirlər".

İqtisadçı əlavə edib ki, digər tərəvəz məhsullarının da bazara çıxarılmasında yubanmalar baş versə, onların da qiymətlərində artım müşahidə oluna bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1449   Tarix: 17 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir? - İqtisadçılar izah edirlər

Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 22 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiy

17 fevral
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel