"Əməkhaqqı" sözü lüğətdən çıxarılmadı - QƏRAR

"Əməkhaqqı" sözü lüğətdən çıxarılmadı - QƏRARAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclasında yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" sözünün çıxarılması müzakirə edilib.

Sonxeber.az report-a istinadən xəbər verir ki, İnstitutun direktoru, akademik Möhsün Nağısoylunun sözlərinə görə, Şuranın iclasında "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə saxlanılması qərara alınıb:

"Elmi Şuranın iclasında mütəxəssislərlə birlikdə "əməkhaqqı" sözü ilə bağlı müzakirələr aparıldı. Bu sözün dilimizdə artıq daşlaşması diqqətə çatdırıldı. Ümumiyyətlə, biz dilimizdə daşlaşan sözlərə toxunmayacağıq. Çünki bu söz hamı tərəfindən qəbul edilib. Cəmiyyətdə çaşqınlıqların yaranmaması üçün "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmaması qərarı verildi".

Qeyd edək ki, M.Nağısoylu bir müddət əvvəl "əməkhaqqı" sözünün yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasının gündəmdə olduğunu deyib. Akademik "əməkhaqqı" sözünün əvvəlki lüğətlərdə (1960 və 1975-ci illərdə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti") olmadığını bildirib. O, bu sözün mürəkkəb söz və ikinci növ təyini söz birləşməsi olduğunu vurğulayıb.

Xatırladaq ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib, əvvəlki lüğətdə olan, təxminən, 1000-dək söz isə yeni lüğətə salınmayıb.

"Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1469   Tarix: 17 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel