Bakıda ŞOK OLAY! Tanınmış məşqçi pedofil imiş

Bakıda ŞOK OLAY! Tanınmış məşqçi pedofil imişBakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.

Bu barədə Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən xəbər verir.

Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.

Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.

Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.

Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir. (oxu)

Hadisə   Baxılıb: 7473   Tarix: 18 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR