Antalyada avtobus AŞDI: Azərbaycanlı ailənin 5 üzvü... - ADLAR/VİDEO
Antalya şəhərinin Manavqat rayonunda azərbaycanlı turistləri daşıyan mikroavtobus aşıb.
Sonxeber.az "haber7"yə istinadla xəbər verir ki, hadisə iyulun 17-si axşam saatlarında qeydə alınıb.
Məlumata görə, sürücü Hüseyn D.-nin idarə etdiyi 07 HFY 108 dövlət qeydiyyat nişanlı mikroavtobus Titrəyəngöl prospektindən Herdford prospektinə dönərkən yol kənarında olan portağal bağçasına aşıb.
Təxminən 2 metr yüksəklikdən aşan avtobusda olan Azərbaycan vətəndaşları- Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədova, Ceyran Məmmədova və Əsma Məmmədova xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri yaxşıdır.
Qeyd olunur ki, qəza sürücücün idarəetməni itirməsi səbəbindən baş verib.
Hadisə Baxılıb: 6313 Tarix: 18 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş