Kirayə qalanlara XƏBƏRDARLIQ: CƏRİMƏLƏNƏCƏKSİNİZ!

Kirayə qalanlara XƏBƏRDARLIQ: CƏRİMƏLƏNƏCƏKSİNİZ!Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.

Nazirliyin müraciətində qeyd olunur ki, bu, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkədə sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir: "Əgər vətəndaşlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa 7 gün ərzində müraciət edib qeydiyyatdan keçməlidirlər. Bunun üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin saytında onlayn xidmət də yaradılıb, mobil tətbiqdən də istifadə oluna bilər".

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 10-cu maddəsinə görə, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir.

Yəni, oteldə göstərilən müddətdə qalan şəxsi qeydiyyatdan keçirməyən rəhbərlik 500-800 manat cərimələnə bilər.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qanunun bu tələbi daimi olub: "Əvvəllər qismən də işləyirdi. Bəzi strukturlara sənəd təqdim olunanda müvəqqəti yaşadığı yer üzrə qeydiyyatdan keçmək tələb olunurdu. Deyək ki, hansısa rayonda qeydiyyatda olan şəxs Bakıya gəlib işləyəndə paytaxtdakı bəzi qurumlar ondan həmin sənədi tələb edirdi. İndi marrifləndirici işlərin aparılmasının güclənməsinin, bu mövzu ətrafında müzakirələr aparılmasının səbəbini bilmirəm.

Qanuna görə, əgər siz 60 gündən artıq müddətə başqa bir ünvanda müvəqqəti yaşamaq niyyətindəsinizsə, Daxili İşlər Nazirliyində qeydiyyatdan keçməlisiniz. İndi bölgələrdən gəlib Bakıda əmək fəaliyyəti ilə məşğul olub, kirayə evlərdə yaşayanlar var. Onlar ən azı ayda bir dəfə öz evlərinə gedib-gəlirlər. Faktiki olaraq onlar 60 gündən az müddətə burada qalırlar. Ona görə də bu qaydanı həmin şəxslərə tətbiq etmək olmaz. Lakin bölgələrdən gəlib Bakıda 60 gündən çox fasiləsiz qalan şəxslər, qanuna görə, mütləq qeydiyyatdan keçməlidirlər. Bu, kirayə evlərdə qalanlara da aiddir, mehmanxanada qalanlara da. Eyni zamanda, Bakıdan bölgələrə gedib orada qalanlara da tətbiq olunur. Daxili İşlər Nazirliyi bu məsələ ətrafında vətəndaşlara geniş izahat verməlidir ki, yanlış yozulmalar olmasın və kimlərsə bundan sui-istifadə etməsin.

Bundan başqa, məsələn, Şəkidə qeydiyyatda olmayan şəxs Şəkiyə gedib orada oteldə 10-15 günlük qalırsa, həmin otel rəhbərliyi həmin şəxslərin qeydiyyatı əsasında onların burada qalacağını Daxili İşlər Nazirliyinə məlumat verməlidir".

Ekspert A.Allahverənov bildirib ki, bu qeydiyyatın aparılması haqda maarifləndirici məlumatların yayılması DİN-dən daha çox başqa qurumlara lazımdır: "Fikrimcə, bu məlumatlar Daxili İşlər Nazirliyi üçün yox, digər strukturlar üçün əhəmiyyətlidir. Məsələn, Dövlət Statistika Komitəsi ölkə əhalisinin hərəkət dinamikası ilə bağlı uçot aparır. Əmək resurslarının bölüşdürülməsi, ölkə əhalisinin yerdəyişməsi və bunun əmək bazarı ilə əlaqələndirilməsi baxımından bu məlumatlar vacibdir. Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyi bu gün əmək bazarı və əmək resurlarının idarə olunması ilə bağlı müəyyən proqnozlar verir. Biz hər yerdə urbanizasiya barədə danışırıq, paytaxta güclü axın var. Bu da bölgələrdə əmək resurslarının tükənməsinə gətirib çıxarır. Beləliklə, Dövlət Statistika Komitəsinin və ya Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin bu qeydiyyatı aparmaq səlahiyyəti olmadığı üçün, Daxili İşlər Nazirliyi müvəqqəti qeydiyyatda olanların məlumatlarını toplayıb digər strukturlara ötürür, onlar da bunun əsasında dövlət strategiyasını müəyyənləşdirirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2498   Tarix: 18 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021