İstanbulu yerlə-yeksan edəcək zəlzələdən sonra DAHA BİR FƏLAKƏT olacaq: Mütəxəssislərdən ŞOK HESABAT

İstanbulu yerlə-yeksan edəcək zəlzələdən sonra DAHA BİR FƏLAKƏT olacaq: Mütəxəssislərdən ŞOK HESABATTürkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutu son 1500 ilin bilgilərinə əsasən İstanbul və çevrəsində tarix boyu baş verən əhəmiyyətli zəlzələləri analiz edib. Mütəxəssislərin analizə əsasən hazırladığı ssenariyə görə, İstanbulun cənubunda yerləşən Şimali Anadolu seysmik xəttində şərqdən qərbə doğru sıra ilə 7,5, 7,4 və 7,2 bal gücündə yeraltı təkanlar olacaq.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutunun müdiri Haluk Özənər zəlzələ ssenarisi ilə bağlı açıqlama verib. O bildirib ki, tarixi zəlzələlərin davam edəcəyi kimi bir düşüncə varsa, bu periodun dolması üçün daha minimum 2, maksimum 4 zəlzələyə ehtiyac var:

"Bu analizi edərəkən 1500 illik zəlzələ qeydlərini incələdik. Seysmik xəttin yerlərini təsbit etdik. Son illərdəki seysmik aktivliyi, GPS sürətlərini ölçdük. Şimali Anadlou Seysmik Xəttinin 2,5 sm civarında sürətlə cənub-qərb istiqamətində hərəkət etdiyini bilirik. Beləliklə, enerji yığılır. Şimali Anadolu Seysmik Xəttinin Mərmərə dənizi içində hələ ki qırılmamış olan qisminin nə qədər zəlzələyə səbəb ola biləcəyini detallı araşdırdıq. Biz zəlzələləri topladığımızda əslində 7 ədəd period əldə edirik. Bu periodlara düşən zəlzələlərə baxanda hər bir qrupda 4-6 ədəd zəlzələ olduğunu görürük. İçində olduğumuz periodda hələ ki, 2 ədəd zəlzələ var. Tarixi zəlzələlərin davam edəcəyi kimi bir düşüncə varsa, bu periodun dolması üçün daha minimum 2, maksimum 4 zəlzələyə ehtiyac var. Bu, hesablamalara görə, Mərmərə dənizi daxilində Şimali Anadolu Seysmik Xəttinin 3 fərqli seqmentinin olduğunu, bu seqmentlərin 7,2, 7,4 və 7,5 bal gücündə zəlzələ əmələ gətirə biləcəyini ortaya qoyuruq".

Professor bildirib ki, hazırda 7 baldan güclü zəlzələ olsa, buna təəccüblənməmək lazımdır: "Əldə etdiyimiz bilgilərə görə, hazırda 7,2 bal gücündə zəlzələ olsa, bu sürpriz olmamalıdır. Çünki 7,2 bal gücündə zəlzələni əmələ gətirəcək enerji toplanıb. Dolayısı ilə bu, 1 ayda da ola bilər, 10 il də. Bu zəlzələdən ən çox 18 milyon əhalisi olan İstanbul təsirlənəcək. Zəlzələ öldürməz, amma hündür binalar ölümə səbəb olar. Buna görə də zəlzələyə davamlı binaların inşa olunması vacibdir".

Haluk Özənər sunami təhlükəsi ilə bağlı bunları deyib: "Tarixi qeydlərdə Mərmərə dənizində sunaminin baş verməsinə rast gəlirik. Ciddi olmasa da, bir sunami təhlükəsi var. Araşdırma komandasının hesabatına görə, dalğalar 2-2,2 metrə qədər yüksələ bilər. Sunami olacaq. Amma zəlzələnin gətirdiyi fəlakətdən daha çox fəlakət gətirməyəcək". (publika)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4162   Tarix: 18 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

29 yaşlı qadın canlı yayımda ərinə zəng edib hər şeyi ETİRAF ETDİ: "19 yaşlı oğluna qoşulub qaçdım" - VİDEO

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı. xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb. 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canl

23 aprel
.

Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR

Latviya hökuməti gələn həftə ölkə məktəblərində rus dilinin ikinci xarici dil kimi öyrənilməsindən tədricən imtina ilə bağlı qərar qəbul etməyə hazırlaşır. xəbər verir ki, bu barədə "Apollo.lv" məlumat yayıb. Bu gün Latviya məktəbləri ingilis dilini ilk xarici dil kimi tədris edir. Uşaqla

21 aprel
.

Azyaşlı qız böyüklərə "dərs keçdi" - VİDEO

Azyaşlı qızın küçədə oturan yaşlı kişiyə kömək etməsi gündəm olub. -a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Parkinson xəstəsi olan yaşlı kişinin su içə bilmədiyini görən qızcığaz ona köməklik edib. Həmin görüntüləri təqdim edirik:

22 aprel
.

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər. -a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalisti

22 aprel
.

Qadın ticarət mərkəzinin 5-ci mərtəbədən özünü atıb - VİDEO

Türkiyənin İstanbul şəhərindəki ticarət mərkəzində qadın 5-ci mərtəbədən özünü atıb. xarici mediaya istinadən xəbər verir ki, qadın ticarət mərkəzinin döşəməsinə yıxılaraq hadisə yerində dünyasını dəyişib. Əldə edilən məlumata görə bu yaxınlarda həmin ticarət mərkəzində bir nəfər də həyatına son qoyub

22 aprel
.

"Hizbullah" İsrailə raket yağdırdı

"Hizbullah" silahlıları İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çox sayda raket sistemləri ilə atəşə tutub. Məlumata görə, İsrail ərazisinə azı 30 raket atılıb. 14 yaşayış məntəqəsində hava hücumu xəbərdarlığı səslənib. Bildirilir ki, Livanla sərhəddən 20 kilometr uzaqlıqda yerləşə

22 aprel
.

İtkin düşən taksi sürücüsü meşədə ölü tapıldı

İtkin düşən taksi sürücüsü meşədə ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə dünən səhər saatlarından axtarışda olan taksi sürücüsü Akif Eymür güllə yarası ilə meşədə ölü tapılıb. Əldə edilən məlumata görə, Kastamonuda dünən saat 11:00-dan bəri yaxınları taksi sürücüsündən xəbə

23 aprel
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21 aprel
.

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb, ölənlər var

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb. Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilə

21 aprel