SON DƏQİQƏ: Düşmən postumuzu atəşə tutdu, ƏSGƏRİMİZ YARALANDI - General hadisə yerində

SON DƏQİQƏ: Düşmən postumuzu atəşə tutdu, ƏSGƏRİMİZ YARALANDI - General hadisə yerindəDövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Sonxeber.az xəbər verir ki, məlumatda deyilir:

"18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulmuş, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurul­muşdur.
Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının "Qa­zax" sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanmışdır. Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olmuş, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşmüş, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar vermişdir".

Hadisə   Baxılıb: 7003   Tarix: 18 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR