Sürücülərin DİQQƏTİNƏ: Bu gecədən cərimələr başlayır

Sürücülərin DİQQƏTİNƏ: Bu gecədən cərimələr başlayırBu gecədən Bakının bir sıra küçələrində yollarda çəkilmiş xüsusi sarı zolaqlara daxil olan avtomobil sahibləri cərimələnəcək.

Sonxeber.az xəbər verir ki, "Baku 2019" Avropa Gənclərinin Olimpiya Festivalının başlaması ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər keçiriləcək.

Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.

Dövlət Yol Polisi diqqətə çatdırır ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.

Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.

Belə ki, paytaxtın Ziya Bünyadov, Q.Qarayev, Neftçilər, Atatürk, H.Ələsgərova, Azadlıq, Z.Əliyeva, Tbilisi, Moskva, Ü.Hacıbəyov, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Qadağa iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 00:00-dək davam edəcək.

Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6043   Tarix: 19 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"KASPİAN VİSTA REZİDENS" MTK yenidən məhkəməlik oldu

"KASPİAN VİSTA REZİDENS" MTK yenidən məhkəməlik olub. bildirir ki, sözügedən kompleks vətəndaş Novruzlu Zərifə Cəbrayıl qızı və Hüseynov Akif Əsəd oğlu tərəfindən məhəməyə verilib. Bakı Şəhəri Xətai Rayon Məhkəməsində hakim Samirə Eyvazovanən sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyət

15 aprel
.

Azərbaycanda xərçəng xəstələri dövlət hesabına müalicə OLUNACAQ? - ARAŞDIRMA

Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək. Bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib. Nazir müavini deyib ki, gəliri və sığortasından asılı olmayaraq, bu xəstələrin müalicəsini dövlət öz üzərinə götürür. Azərbaycand

15 aprel
.

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "RR Travel Company" MMC (VÖEN – 1305786331) olub. Tenderin qalibi olan "R

15 aprel
.

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı - VİDEO

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana şousu"na qonaq olub. xəbər verir ki, aktrisa proqram zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasından danışıb. Əliyeva bildirib ki, həyat yoldaşı ilə son dəfə bağdakı güllər üçün dərman alınmağı barədə mesajlaşıb. Xatırladaq ki, Azərbaycanı

15 aprel
.

Mələkxanım Eyubovanın qızı Nəzrinin xınası - FOTO/VİDEO

Ötən gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın xınası baş tutub. xəbər verir ki, Nəzrin yaxın rəfiqələrini biraraya yığaraq məkanlardan birində özünə kiçik xına məclisi təşkil edib. Bloger bu barədə sosial şəbəkə hesabında bildirib. O xınasından olan özəl görüntüləri sosia

16 aprel
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15 aprel
.

91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə - Video

Şəhid Ülfət Kərimovun 91 yaşlı anası Fatma Kərimova ilk dəfə oğlunun şəhid olduğu ərazidə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ARB-də yayımlanıb. F. Kərimovanın işğaldan azad olunandan sonra ilk dəfə Kəlbəcərə gedişi təsirli görüntülərlə yadda qalıb. Daha ətraflı videoda

16 aprel
.

Tanınmış həkim telefon nömrəsini satışa çıxardı - 26 min manat

Bakıda 2600 manata telefon nömrəsi satılır. xəbər verir ki, bu haqda saytında elan yerləşdirilib. Sosial şəbəkələrdə nömrənin qiyməti müzakirələrə səbəb olub. Araşdırmamız zamanı məlum olub ki, nömrənin sahibi tanınmış dermatoveneroloq-kosmetoloq Diana Məmmədovadır

16 aprel
.

Naxçıvan Ali Məclisində yeni təyinatlar olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisində yeni təyinatlar olub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Ali Məclisin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Firudin Məmmədov Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin Büdcə nəzarəti sektorunu

15 aprel