Azərbaycanda qadın ərinin xilası üçün ondan polisə şikayət etdi - TƏFƏRRÜAT

Azərbaycanda qadın ərinin xilası üçün ondan polisə şikayət etdi - TƏFƏRRÜATSaray qəsəbə sakini, 41 yaşlı Rəfael Babayev dəmir barmaqlıqlar arxasındadır. O, həyat yoldaşının şikayəti əsasında həbs olunub. Maraqlısı budur ki, qadın ərindən polisə şikayət etməklə onun həyatını qurtaracağını zənn edib. Mənzilə baxış keçirən əməliyyatçılar nə az - nə çox, 7 kiloqram tiryək aşkarlaylıblar. Mənzil sahibi isə narkotik vasitə istifadəçisi olduğunu boynuna alsa da, evindən tapılan tiryəkin ona məxsus olmadığını deyir.

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 41 yaşlı Rəfael Babayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Sonxeber.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, Rəfael Babayev bu il yanvarın 9-da Astara şəhərində istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə əldə edib, Saray qəsəbəsindəki evində saxlayıb. İki gün sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı evə baxış keçiriblər. Baxış zamanı mənzildən 7 kiloqram tiryək və elektron tərəzi aşkarlanaraq götürülüb.

R.Babayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, uzun illərdən bəri narkotik aludəçisi olan Rəfael Babayev zərərli vərdişindən əl çəkməyib. "Sovetski"dəki evləri plana düşəndən sonra Saray qəsəbəsində yeni mənzil alıblar, ora köçüblər. Həyat yoldaşı imkanlı şəxslərin evində təmizlik işləri görüb, ailəni dolandırıb. Rəfael işləməyib, narkotikə pul tapa bilməyəndə mənzildəki əşyaları belə satıb. Sonuncu dəfə isə həbs olunmazdan bir gün öncə intihara cəhd edib. Həyat yoldaşının ölümlə üz-üzə qaldığını görən Günay Babayeva son ümid yeri kimi polisə üz tutmaq məcburiyyətində qalıb. Ərindən şikayətçi olub və...

Təqsirləndirilən Rəfael Babayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində mənzildən aşkarlanan tiryəkin ona məxsus olmadığını, narkotikdən istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmadığını deyib: "İllərdir ki, narkotik istifadəçisiyəm, amma heç vaxt narkotik satmamışam. Ailəmi, övladımı düşünüb bu yoldan çəkinmək istəmişəm, amma iradəm çatmayıb".

R.Babayev deyir ki, həyat yoldaşı onu narkotik vasitələrin istifadəsindən çəkindirmək məqsədilə Abşeron rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazıb: "Yoldaşımın savadsızlığından istifadə ediblər. Əgər ərizəni onların dediyi kimi yazarsa, 1 il azadlıqdan məhrum ediləcəyimə, sağalıb ailəmin yanına qayıdacağıma inandırıblar. O da şikayət ərizəsində evə müxtəlif adamların gəlib-getdiyini, mənim narkotik satışı ilə məşğul olduğumu yazıb".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, yanvarın 10-dan 11-ə keçən gecə darvazanın səsinə yuxudan ayılıb. Pəncərədən baxanda üç nəfər mülki geyimli şəxsin həyətin darvazasını açmağa cəhd etdiklərini görüb. Həyətə düşüb kim olduqlarını soruşub: "Üstümə gəldilər, əl-qolumu qandallayıb yerə yıxdılar. Daha bir qrup isə içəri keçib mənzildə axtarış apardı. Məni axtarış zamanı guya dolabdan tapdıqları bağlamanın yanına gətirdilər, şəklimi çəkdilər. Abşeron rayon Polis İdarəsində sənədləri imzalamağa məcbur etdilər. Əks təqdirdə, yoldaşımın da məsuliyyətə cəlb olunacağını dedilər".

Şahid qismində dindirilən Günay Babayeva ifadəsində Rəfaellə 2013-cü ildə ailə qurduqlarını, evləndikdən sonra ərinin narkotik istifadəçisi olduğunu öyrəndiyini deyib. Rəfael işləməyib, ailənin bütün yükü G.Babayevanın üzərinə düşüb: "Məndən pul istəyirdi, verməyəndə evdəki əşyaları satır, özünə narkotik alırdı. Artıq bezmişdim. Ona görə də, polisə gedib şikayət ərizəsi yazdım".

G.Babayeva ifadəsində polisə getməkdə məqsədinin əslində ərini qorumaq olduğunu söyləyib: "Həyat yoldaşımı ölümdən qurtarmaq istədim. İstəyirdim ki, bir-iki il həbsə göndərsinlər. Çünki bir gün əvvəl narkotikə görə intihara cəhd etmişdi. Polisə dedim ki, ərim evdəki əşyaları satıb özünə narkotik alır, mənə köməklik edin. Polisin məsləhəti ilə ərizə yazdım".

Şahid ifadəsində ərinin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmənin hökmü ilə Rəfael Babayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1690   Tarix: 20 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda gənc oğlan sübh tezdən özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində Südçülük Sovxozu deyilən ərazidə baş verib. 28 yaşlı Tağıyev Turqut Rafiq oğlu səhər saat 7 radələrində yaşadığı evdə özünü asıb. İntiharın səbəbi isə məlum deyil. Araşdırma aparılır

13 aprel
.

Naxçıvanda qaya uçqunu baş verib

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsind

11 aprel
.

Xaçmazda məktəbdə yanğın

Xaçmazdan məktəbdə yanğın olub. Bu barədə -a FHN-dən bildirilib. Məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3 ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb. Məktəbi

9 aprel
.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

Axtarışda olan şəxslər tutuldular

Aprelin 10-da ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən  -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

11 aprel
.

Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar. Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçini

11 aprel
.

Xankəndi şəhərində silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən -a məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən doqquz ədəd müxtəlif markalı avtomat silahı, üç tüfəng, dörd qumbara, bir fişən

13 aprel
.

Kürdə batan ata və qızın yaxınları danışdılar: "Uşaq əlindən çıxıb düşüb suya..." - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər. İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

13 aprel
.

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi "Yamaha R15" markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb

13 aprel