Yol polisi deputatı özündən çıxardı: "Mənə qayıdıb deyir ki..."
"Əslində yuxusuzluq problemi çox ciddi bir məsələdir. Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə insanlar üzərində bununla bağlı təcrübələr aparırlar. Burada internetin təsiri varmı, yoxsa gündəlik yediyimiz qidalarla bağlıdırmı? Hələ tam dəqiq nəticə əldə olunmayıb".
Sonxeber.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
O bildirib ki, bəzən gecə yuxusu gəlməyəndə internetə girir:
"Bununla da istəyirəm ki, yuxum gəlsin, baxıram yuxum daha da qaçıb. Burdan aydın olur ki, internetin də yuxusuzluğa təsiri var. Birmənalı şəkildə həkimlər, psixoloqlar bildirirlər ki, internet çox istifadə olunanda insanın yaddaşına ziyan vurur, nəticədə də yuxusuzluğa gətirib çıxarır. Bu yaxınlarda internetdə aclıq keçirən körpələrin həyatına baxırdım, hələ də gözümün qabağından getmir. İnternet bizi çox yükləyir, az qala dünyanın bütün problemlərini düşünəsən və düşünməli olduqca da insanın yuxusu qaçır".
T.Kərimli düşünür ki, yuxusuzluğun digər bir səbəbi də mühitdir, əsəbi şəraitdir:
"Bu yaxınlarda rayondan qayıdırdım, polis maşınları biz saxlatdırdı, bir nazir yoldan keçməli idi. Mənə qayıdıb deyir ki, kənara çıx. Mənə bu hadisə o qədər pis təsir etdi ki! Mənim toxunulmazlıq hüququm olduğu halda, sən məni saxlatdırırsan, hesabat tələb edirsən. İnanırsınız qeyr-ixtiyari öz-özümə əsəbləşdim. Mən millət vəkili olsam da, bu cür hallarla qarşılaşanda gərginlik keçirirəm".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 10059 Tarix: 22 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Azərbaycanda 4 istirahət mərkəzi cərimələndi - SƏBƏB
Lənkəranda fəaliyyət göstərən 4 istirahət obyekti tullantıları ətrafa atdığı cərimələnib.. . Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlə
22 iyul 2019"Jurnalistika" ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır
Bu gündən III ixtisas qrupu üzrə imtahan verən və "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır. . . Dövlət İmtahan Mərkəzindən Sonxeber.az-a verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanı
22 iyul 2019Bakıda İYRƏNC mənzərə - VİDEO
Bakının Xətai rayonu, Əhmədli metrosu yaxınlığında yerləşən kənd təsərrüfatı yarmarkasından sonra ərazi zibilxanaya çevrilib.. . Sonxeber.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər BAKU.WS-ə şikayətlərində bildiriblər.. . Qeyd edilir ki, Məzahir Rüstəmov küçəsində hər şənbə və bazar günü təşki
22 iyul 2019Azərbaycanlı şagirdlərdən NÖVBƏTİ UĞUR
11-22 iyul 2019-cu il tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO2019) Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.. . 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatik
22 iyul 2019"İki gün də geciksəydim, ölə bilərdim" - Xalq artisti
"Həkimlər məni ölümdən xilas edib, iki gün də geciksəydim, ölə bilərdim". . . Sonxeber.az bildirir ki, bunu "Report"a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib.. . O əməliyyat olunandan sonra özünü yaxşı hiss etmədiyin
22 iyul 2019Azərbaycan mətbuatı - 144 İLLİK YOL
22 iyul keşməkeşli, ağrı-acılı, lakin şərəfli yol keçmiş Azərbaycan milli mətbuatının yaranma günüdür. Bu gün Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur.. . Böyük mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı müxtəli
22 iyul 2019