Övladlığagötürmə üzrə xidmətlər "DOST"-a verildi - Prezidentin FƏRMAN

Övladlığagötürmə üzrə xidmətlər "DOST"-a verildi - Prezidentin FƏRMANPrezident İlham Əliyevin 19 iyul 2019-cu il tarixli "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin vəzifə və hüquqlarının, "DOST" mərkəzlərinin xidmətlərinin daha da genişlənməsinə imkan verib.

Bu barədə Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilbi ki, dövlət başçısının 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə övladlığagötürmə sahəsində dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Nazirlik tərəfindən hazırda övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalar və övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi əsasında yeni idarəetmə modeli hazırlanır.

Bununla əlaqədar Prezident İlham Əliyevin 19 iyul 2019-cu il tarixli Fərmanında DOST Agentliyinin Nizamnaməsinə övladlığagötürmə sahəsində bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrasını təmin etmək kimi fəaliyyət istiqamətinin də daxil edilməsi tapşırılır. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək Fərmanla Agentliyin vəzifə və hüquqları sırasına əlavə edilir.

Eyni zamanda, Fərman "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısına övladlığagötürmə sahəsində xidmətlərin, o cümlədən övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi xidmətlərinin də daxil edilməsini nəzərdə tutur.

Qeyd olunub ki, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısında 4.11-ci bəndində peşə kurslarının təşkil edilməsi xidməti əksini tapıb. Yeni Fərmanla həmin mərkəzlər bu xidmətlə bərabər, işaxtaran və işsiz şəxslərin peşə hazırlığına cəlb olunması üçün göndəriş verilməsi xidmətinidə həyata keçirəcəklər.

Beləliklə, qeyd olunan xidmətlər bundan sonra DOST Agentliyinin səlahiyyətlərinə aid olacaq. Göründüyü kimi, dövlət başçısının yeni Fərmanı bir tərəfdən yeni xidmətlər əlavə olunmaqla DOST xidmətləri sırasının genişlənməsinə, eyni zamanda övladlığagötürmə və peşə hazırlığına göndərişin verilməsi sahələrində də xidmətlərin DOST" mərkəzlərində"bir pəncərə"dən, tam şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsinə şərait yaradır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 685   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart